Icma.az
close
up
RU
Keçməyən dəri ləkələrinin səbəbi günəş şüaları ola bilər DİQQƏT

Keçməyən dəri ləkələrinin səbəbi günəş şüaları ola bilər DİQQƏT

Icma.az, Pravda.az portalına istinadən məlumat verir.

Yay ayları dedikdə ağıla ilk gələn istirahət, dəniz və qumda uzanaraq günəşdən zövq almaq olur. Hər nə qədər günəş həyat dövrümüzün ayrılmaz hissəsi olsa da, nəzarətsiz şəkildə məruz qaldığımız şüalar bir çox dəri probleminə yol aça bilər. Xüsusilə çoxlarımızın narazı qaldığı məsələ – günəşlə ortaya çıxan qəhvəyi dəri ləkələridir.


Pravda.az günəş ləkələri ilə bağlı maraq edilənləri təqdim edir:


Yay aylarının ayrılmaz hissəsi: günəş


Havanın isinməsi ilə birlikdə üzünü göstərən günəş düşündüyünüz qədər zərərsiz olmaya bilər. Günəş altında saatlarla dincəlmək cazibədar görünsə də, qorunmasız şəkildə günəşə çıxmaq, xüsusilə əllərdə, üzdə və digər açıq bölgələrdə arzuolunmaz ləkələrə səbəb ola bilər.


Günəş şüaları ciddi dəri problemlərinə yol aça bilər


Günəş ləkələrinin yaranmasında bir çox amil rol oynayır. Xüsusilə genetik meyillilik və UV şüaları əsas səbəblər sırasındadır. Bununla yanaşı, kosmetik prosedurlar, hamiləlik və bəzi dərmanlar da təsir göstərir. Günəşə məruz qalan sahələrdə qəhvəyi ləkələr, nöqtələr və ya vitiliqo adlandırılan ağ ləkələr görünə bilər.


Günəşlə yaranan ləkələr hansılardır?


Bu ləkələrə hamiləlik ləkələri, melazma, çillər və solar lentigo daxildir. Əsasən üz, əllər, bel və dekolte bölgəsində müşahidə edilirlər.


Çillər genetik faktorlardan qaynaqlanır və adətən açıq dərili, qızıl saçlı insanlarda olur. 5 mm ölçüsündə, yumru və ya oval qəhvəyi ləkələrdir. Əsasən üz, əllər, qollar və sinənin üst hissəsində görünür. Günəş şüasına məruz qalanda bədən daha çox çil istehsal edərək özünü qorumağa çalışır və çillər daha da nəzərə çarpır.


Solar lentigo adətən 30 yaşdan sonra üz, əl üstü, çiyin və boyun kimi günəşə daha çox məruz qalan sahələrdə meydana çıxır. Çillərdən böyük olur və oval, qəhvəyi və ya qara ləkələr şəklindədir. Bu ləkələrin yaranma ehtimalı PUVA terapiyasının həddindən artıq istifadəsində və günəş yanığı zamanı artır.


Melazma alın, yanaq, burun üstü, çənə və dodaq üzərində yaranan qəhvəyi ləkələrdir. Günəş şüaları ilə əlaqəlidir və hamiləlik, doğum nəzarət həbləri və epilepsiya müalicəsi səbəbilə də ortaya çıxa bilər. Melazmanın səthi, dərin və qarışıq formaları olur və ləkənin dərinliyinə görə müalicə üsulu seçilir. Tünd dərili insanlarda daha çox müşahidə olunur.


Hamiləlik ləkələri, melazmanın hamiləlik dövründə rast gəlinən növüdür. Doğumdan sonra öz-özünə keçsə də, keçmədikdə melazma üçün tətbiq olunan müalicə üsulları istifadə olunur. Günəş şüaları ilə daha da nəzərə çarpırlar.


Berloque ekzema – əsasən qadınlarda rast gəlinən, üz, əl üstü və bədəndə yaranan xəttvari və ya nöqtəvari qəhvəyi ləkələrdir. Bəzi bitkilərin və kosmetik məhsulların dəri ilə təmasından sonra günəş şüaları ilə reaksiya nəticəsində yaranır. Xüsusilə sızanaq müalicəsində istifadə olunan antibiotiklər də dəridə qızartı və soyulmaya səbəb ola bilər. Bu cür hallarda yaranan ləkələrə fototoksik dərman reaksiyası deyilir.


Günəş ləkələrinin qarşısını almaq mümkündürmü?


Günəş ləkələrinin yalnız günəşlənmək və tətilə çıxmaqla ortaya çıxdığını düşünmək yanlışdır. Maşın idarə edərkən, eyvanda oturarkən və ya yolda gəzərkən belə bu problemlə üzləşə bilərik. Qarşısını almaq və ya zədələnmiş dərini bərpa etmək üçün düzgün və davamlı üsullardan istifadə olunmalıdır:


Dəri tipinə uyğun olaraq tərkibində UVA və UVB SPF 30 olan məhsullar mütəmadi istifadə olunmalıdır.


Gün eynəyi seçərkən dəbli olmasına deyil, qoruyucu funksiyasına üstünlük verilməlidir.


Mümkün qədər pambıq, nəfəs alan və açıq rəngli geyimlər seçilməlidir.


Günəşin daha güclü olduğu saatlarda birbaşa günəşə çıxmamaq tövsiyə olunur.


A, C və E vitaminləri ilə zəngin qidalar tez-tez qəbul edilməlidir.
Günəşin yalnız zərərli deyil, eyni zamanda D vitamini sintezində də faydalı olduğu məlumdur. Lakin bu ehtiyac qarşılanarkən də ifrat günəş şüasına məruz qalmamaq lazımdır.
Yay mövsümünün yadigarı olan günəş ləkələrinin müalicə üsulları
Günəş ləkələri hər kəsdə eyni dərəcədə yaranmadığı kimi, müalicə üsulları da fərqlidir. Müalicədən əvvəl ləkənin dərinliyi müəyyənləşdirilməli və ilin hər fəslində dərinin tipinə uyğun günəş kremindən istifadə olunmalıdır. Payızda kimyəvi pilinq, fraksional karbon dioksid lazer və leke mezoterapiyası, yayda isə PRP və ya karbon pilinq kimi üsullar tətbiq edilir.

Əminə Bayramova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://pravda.az
archiveBu xəbər 21 Aprel 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see182

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see130

Bədavi Hüseynov millinin heyətindən çıxarıldı

07 İyun 2025 08:32see120

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see119

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see117

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see115

Klopp Real a hücumçu təklif etdi

07 İyun 2025 23:00see115

DİQQƏT! Bu ərazilərdə qaz KƏSİLƏCƏK

07 İyun 2025 10:37see114

Zaxarova Zelenskini təhqir etdi: ...alçaq hərəkətə əl atıb

07 İyun 2025 21:57see114

Əfran İsmayılov: Hansısa oyunçunu yoxlamaq, kimisə hazırlamaq dövrü arxada qaldı

07 İyun 2025 09:00see113

40 il Korsikaya qarşı vuruşan Fransa... Niyə erməni separatizminə hə, rus separatizminə yox deyir...

07 İyun 2025 20:10see113

İlon Maskdan gözlənilməz həmlə ABŞ ı heyrətə saldı

07 İyun 2025 17:56see113

Təhlükəli epizodlar yaratdıq Fernandu Santuş

07 İyun 2025 19:52see113

Maskın təklifi

08 İyun 2025 04:23see113

Elçibəyi devirənlər Heydər Əliyevə qarşı qiyam qaldırdı: 32 illik müəmma

07 İyun 2025 06:05see113

YPX maşınına yol verən sürücüyə cərimə yazıldı VİDEO

07 İyun 2025 17:51see112

Bakıda marketdən pul oğurlandı

07 İyun 2025 17:58see112

"Qumar kralı" "sağ əli" həbs edildi

07 İyun 2025 23:06see111

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see111

Rusiya ordusu Sumı şəhərinə yaxınlaşır

07 İyun 2025 17:23see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri