Keçmiş arvadının iş yerində dava saldı, həbs olundu
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Sabirabad rayonunda həyat yoldaşı ilə barışmaq istəyən kişi həbs edilib.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü Sahib Vəliyev (ad-soyad şərtidir – red.) keçmiş həyat yoldaşı Nailənin işlədiyi mağazanın qarşısına gəlib.
O, keçmiş arvadı ilə ailə münasibətlərini bərpa etməyə çalışıb. Lakin Nailə onunla barışmayıb və baş verə biləcək insidentin qarşısını almaq məqsədilə polisə müraciət edib.
Hadisə yerinə gələn polis əməkdaşlarını görən təqsirləndirilən şəxs əsəb gərginliyi keçirib. Bu səbəbdən ictimai yerdə nalayiq ifadələr işlədib və polisin qanuni tələblərinə tabe olmayıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddələri ilə inzibati xəta protokolu tərtib olunub.
Sabirabad Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs 10 gün müddətində inzibati qaydada həbs edilib.
Baxış sayı:107
Bu xəbər 03 Sentyabr 2025 10:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















