Icma.az
close
up
RU
Keçmiş baldızı şikayətçi oldu, Ləman cəzalandırıldı 480 saat təmizlik işləri görəcək

Keçmiş baldızı şikayətçi oldu, Ləman cəzalandırıldı 480 saat təmizlik işləri görəcək

Shownews portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“TikTok” fenomeni Ləman Vəliyeva keçmiş baldızının şikayəti əsasında cəzalandırılıb.

“Qafqazinfo”nun məlumatına görə, Ləman Turə Nuriyevanın şikayəti ilə məhkəmə qarşısına çıxarılıb.

Şikayətçi keçmiş gəlinlərinin onu 10 minlərlə izləyici qarşısında təhqir etdiyi videoqeydləri məhkəməyə təqdim edib. Hakim sübutlarla tanış olduqdan sonra işi icraata qəbul edib, nəticədə Ləman Vəliyeva təqsirləndirilən şəxs qismində tanınıb.

Turə Nuriyeva ifadəsində deyib ki, Ləman canlı yayımda ona və ailə üzvlərinə qarşı nalayiq ifadələr işlədib. Bu isə ona ağır psixoloji sarsıntılar yaşadıb və hətta intihara cəhd etməsinə səbəb olub: “Ləmanın təhqirləri və həqiqətə uyğun olmayan ifadələri məni intihara sürüklədi. Boğazıma ip salıb özümü öldürmək istədim. Evdəkilər məni son anda xilas etdilər. İki gün reanimasiyada qaldım. Hazırda bu faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır”.

Keçmiş baldızı məhkəmədən Ləmanın qanunun icazə verdiyi müddətə azadlıqdan məhrum edilməsini xahiş edib.

Ləman özü isə məhkəmədə ittihamları qismən qəbul edib. O, baldızı və qayınanasına qarşı nalayiq ifadələr işlətdiyini etiraf edərək bunun keçmiş ailəsinə olan kinindən qaynaqlandığını deyib. O, himayəsində azyaşlı övladının olduğunu əsas gətirərək barəsində yüngül cəza təyin edilməsini istəyib.

Hakim şahidləri dinlədikdən və təqdim olunan videogörüntüləri izlədikdən sonra hökmü elan edib.

Hökmə əsasən, Ləman Vəliyeva Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinib. Lakin ona həbs deyil, 480 saat ictimai işlər cəzası verilib. Əlavə olaraq onun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsi gəzdirmək öhdəliyi də qoyulub.

Məlumat üçün deyək ki, ictimai işlər cəzasına küçə və parkların süpürülməsi, yaşayış yerlərində toplanmış məişət tullantılarının yığılması kimi işlər daxildir.

Xatırladaq ki, L. Vəliyeva bundan əvvəl də paylaşımlarındakı qeyri-etik sözlərdən və söyüşlərə görə saxlanılmışdı.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://shownews.az
archiveBu xəbər 24 Mart 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see168

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see166

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see141

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see131

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see131

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see128

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri