Keçmiş deputat vəsiyyət etdi: Orqanlarımı...
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"63 yaşım tamam oldu. Bəzi deputatlar ölümdən sonra orqanlarını bağışlamaq barədə vəsiyyət ediblər. Mən də onlara qoşuluram".
Bakıvaxtı.az xəbər verir ki, bu vəsiyyətlə Milli Məclisin keçmiş deputatı Etibar Əliyev çıxış edib.
Lakin o, şərtinin olduğunu da qeyd edib: "Orqanlardan əvvəl universal kitabxanamı bağlı olduğum Universitetə bağışlayacam. Yəni kitablar məni bayıra atmamışdan əvvəl bunu edəcəm. Kitabxanamda avtoqrafı olan bir neçə tanınmış alimin kitabı var. Orqanlar nə zamansa sıradan çıxacaq. Avtoqraf isə nəsildən nəsilə keçərək yaşayacaq".
Etibar Əliyev gənc nəslin savadlandırılmasına da diqqət çəkib: "Hamınıza uzun ömür, can sağlığı arzulayıram. Düşüncəmə görə, gənc nəslə yetərincə bilik verə bilmədik. Günahkarıq…
Əslində zamanı boşuna xərclədiyimiz üçün buna imkan olmadı. Zaman bizim nəslin əleyhinə işlədi. Biz də zamanın əleyinə..."
Zeynəb Rzayeva
Baxış sayı:135
Bu xəbər 01 Mart 2026 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















