Keçmiş məcburi köçkün: Bu gün bizim üçün unudulmazdır
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 17 fevral, Elmir Səftərov, Tofiq Babayev, Mirrəsul Cəfərov, AZƏRTAC
Bu günümüzə çox şükür edirəm. Allah Prezidentimizin canını sağ eləsin, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Ağdam şəhərinə qayıdan keçmiş məcburi köçkün Ceyran Hüseynova söyləyib.
O deyib: “Bizim üçün unudulmaz və qürurverici gündür. İllər sonra doğma yurdumuz Ağdama qayıdırıq. O çətin, ağrılı günləri xatırladıqca insan kövrəlir. Yurdumuzu tərk edəndə nə vaxtsa geri dönəcəyimizə inanırdıq və bu gün o arzunun gerçəyə çevrildiyini görürük”.
C.Hüseynova həyəcanlı olduğunu, hisslərini sözlə ifadə etməkdə çətinlik çəkdiyini bildirib: “Uşağım Bakıda dünyaya gəlib, doğma torpağını görmədən böyüdü. Bu gün isə qızımla birlikdə öz evimizə qayıdırıq. Bu sevinci bizə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onların qəhrəmanlığı sayəsində bu gün doğma torpağımızdayıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 17 Fevral 2026 07:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















