Keçmiş məmur oğlu HƏBS EDİLDİ ŞOK SƏBƏB KONKRET
Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Zaqatalada gübrə satışı ilə məşğul olan iri şirkətlərdən birinin anbardarı külli miqdarda dələduzluqda ittiham olunaraq həbs edilib.
KONKRET.az xəbər verir ki, Əmrah Ramazan Valeh oğlu Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunub.
İttihama əsasən, o, müxtəlif şəxslərə yalan vədlər verməklə ümumilikdə 1 milyon manata yaxın məbləğdə dələduzluq etməkdə şübhəli bilinir.
Zərərçəkənlər arasında “Muxax Aqro” MMC-nin direktoru Vidadi Yusubov da var. İddialara görə, anbardar ondan aldığı tütün məmulatlarını 64 min manata satıb, əldə etdiyi vəsaiti isə şəxsi məqsədləri üçün xərcləyib.
Cinayət işi üzrə “Sara Group” QSC də zərərçəkmiş qismində tanınıb.
Araşdırma zamanı Əmrah Ramazan Valeh oğluna xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə ittiham irəli sürülüb. Həmin maddənin sanksiyasında 14 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Cinayətin ağırlığı nəzərə alınaraq onun barəsində həbs qətimkan tədbiri seçilib.
Toplanmış materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, həbs olunan şəxs barəsində üç il əvvəl də şikayətlərin olduğu bildirilir. Onun atası Valeh Qazilov Zaqatala Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb. (Yeniera.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 31 Oktyabr 2026 20:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















