Icma.az
close
up
RU
Keçmiş müdafiə naziri məxfi sənədləri açıqladığına görə həbs oluna bilər

Keçmiş müdafiə naziri məxfi sənədləri açıqladığına görə həbs oluna bilər

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Polşanın keçmiş müdafiə naziri Mariuş Blaşçakı gizli müdafiə planını açıqladığı üçün 1 ildən 10 ilədək həbs cəzası gözləyir.
Yeniavaz.com
Polşanın PAP xəbər agentliyinə istinadən bildirir ki, bu barədə prokuror Marçin Maksian məlumat verib.
Blaşçak cümə günü prokurorluğu tərk etdikdən sonra jurnalistlərə açıqlamasında ittihamların əsassız olduğunu vurğulayıb: "İttiham aktları açıqlanıb və mənim fikrimcə, bu ittihamlar əsassızdır. Arxiv sənədlərini ictimaiyyətə açıqlamağa həm haqqım, həm də borcum var idi."
Qeyd edək ki, keçmiş nazirə qarşı ittihamların irəli sürülməsinə imkan verən qərar martın 6-da onun deputat toxunulmazlığının ləğvindən sonra qəbul edilib. O, 2023-cü ildə WARTA-00101 adlı müdafiə planının bəzi məxfi hissələrini ictimaiyyətə açıqlamaqda ittiham olunur.
Sözügedən sənəd potensial Rusiya hücumu zamanı Polşanın müdafiə strategiyasını müəyyən edirdi və işğal halında Polşa qüvvələrinin ölkənin ən uzun çayı olan Vistula boyunca geri çəkilməsini nəzərdə tuturdu.
Blaşçak müdafiə naziri olduğu dövrdə sənədlərin məxfiliyini ləğv edib və bu məlumatları 2023-cü il seçki kampaniyasında istifadə edib. O, həmin dövrdə müxalifətdə olan Vətəndaş Platforması partiyasını Polşanın müdafiə planını düzgün tərtib etməməkdə və ölkənin yarısını təslim etmək strategiyası qurmaqda ittiham edirdi.
Prokurorluğun məlumatına görə, Blaşçakın bu məxfi müdafiə planını açıqlaması Polşa qanunvericiliyinin pozulması hesab olunur. Sənədlər Hərb Tarixi Bürosunda saxlanılsa da, onlar yenə də məxfi məlumatların mühafizəsi haqqında qanuna tabe idi.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 22 Mart 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri