Keçmiş nazir müavini: “Zəngəzur dəhlizinin açılmasına Rusiya mane olur”
Tribuna portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Azərbaycanın həddən artıq arxayın olmasının ikinci səbəbi Ermənistanın çox zəifləməsi, ən azı bu regionda bütün rol və yerlərini itirməsidir”.
Tribunainfo.az xəbər verir ki, bu sözləri Ermənistan xarici işlər nazirinin keçmiş müavini Avet Adonts deyib.
O bildirib ki, Zəngəzur dəhlizini açmaq üçün Azərbaycanın qarşısında duran əsas maneə Rusiyadır. “Rusiya hələ də həm Əliyevə, həm də Türkiyəyə Türkiyənin xarici siyasət doktrinasında yazılanları, yəni Ermənistanın dövlət olmamasını həyata keçirməyə mane olur”.
O hesab edir ki, Rusiya, ABŞ və İran hələ də Bakıya Sünikə “hücum etməyə” imkan vermir. “Lakin vəziyyət dəyişə bilər”.
Adonts sonda vurğulayıb ki, mümkün müharibə vəziyyətində İran zəifləsə, o ölkənin Ermənistanla bağlı səsləndirdiyi bütün qırmızı xətlər diqqətdən kənarda qalacaq. “Belə olan halda, digər ölkələr Azərbaycanı həmin qırmızı xətləri keçməyə təşviq edəcəklər”.
Fərda Uğur
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 14 May 2025 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















