Keçmiş nazir müavininin öldüyü qəza ilə bağlı Rəsmi açıqlamaYenilənib
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Sovet illərində yüksək vəzifələrdə çalışmış 86 yaşlı İbrahim Mustafayev Bakıda yol qəzasında həyatını itirib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə bu gün baş verib. Bildirilib ki, uzun illər dövlət vəzifələrində, eləcə də nazir müavini postunda çalışmış İ.Mustafayev paytaxt ərazisində yolu keçərkən avtomobilin vurması nəticəsində ölüb. Belə ki, o, məşq etdiyi idman zalından çıxıb yolu keçərkən bədbəxt hadisə ilə üzləşib.
Qeyd edək ki, İbrahim Mustafayev 1938-ci ildə Nuxada (indiki Şəki) anadan olub. O, 1977-84-cü illərdə Azərbaycan SSR yerli sənaye nazirinin müavini, 1984-89-cu illərdə V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyinin baş direktoru, 1989-94-cü illərdə Azərbaycan Yüngül Sənaye Nazirliyində şöbə müdiri, “Xalq Üçün Mallar” Dövlət Konserninin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.
***
DİN-in Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 07 radələrində paytaxtın Nəsimi rayonu, Neftçilər prospektində baş verib. Yolu keçən 2 piyadanın "Chevrolet" markalı avtomobillə vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Piyadalardan biri 1938-ci il təvəllüdlü İ.Mustafayev hadisə yerində ölüb, digəri isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 03 Dekabr 2024 17:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















