Keçmiş “Neftçi”li: “Onları bu yerdə görmək məni məyus edir”
futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Neftçi” Premyer Liqada 5 turdan sonra 4 xalla 9-cu sıradadır.
“Ağ-qaralar”ın keçmiş qapıçısı Hüseyn Məhəmmədov “FutbolPress“ə açıqlamasında paytaxt klubunun durumunu şərh etdi:
“Bu pillə “Neftçi”yə yaraşmır. Onlar həmişə çempionluğa oynayan komandadır. Daha yaxşı nəticələr gözləyirdik, amma görünən odur ki, vəziyyət fərqlidir. Yəqin ki, rəhbərlik bununla bağlı ölçü götürəcək. “Neftçi”nin yaxşı büdcəsi, şəraiti var. Buna baxmayaraq, buna layiq yerdə deyillər. Qarşıdakı turlarda da nəticələr ürəkaçan olmasa, yəqin nəsə qərar verəcəklər. Gözləyək, görək necə olacaq”.
Məhəmmədov futbolçu karyerasına başladığı “Turan Tovuz” haqda da fikirlərini bölüşdü:
“Turan Tovuz”un bugünkü gündə zirvədə olması klubdakı yüksək səviyyədə işlərin görülməsi – maliyyə, atmosfer, düzgün məşqçi seçimi sayəsindədir. Rəhbərlik bu komandaya yaxşı diqqət ayırıb. Düşünürəm ki, əsas səbəb klub şəklində düzgün işlər görülür və bunun bəhrəsi götürülür. “Turan Tovuz”un zirvədə olması xoşdur, bu klubun yetirməsi olmuşam, futbola Tovuzda başlamışam. Mənimçün onların indiki durumu çox yaxşıdır. Lakin “Neftçi”də də uzun müddət oynamışam, çempionluqlar qazanmışam. İndi onları bu yerdə görmək məni məyus edir. İstərdim ki, onlar da layiq olduqları yerə yüksələrlər”.
Şahin Cəfərov
Baxış sayı:116
Bu xəbər 07 İyul 2026 22:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















