Keçmiş qalmaqal yenidən gündəmdə Mən də bir insanam
Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyəli aktyor Ozan Güven ötən axşam getdiyi məkanda etirazlarla qarşılaşaraq oradan uzaqlaşdırılıb.
Ölkə.az xəbər verir ki, sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan hadisədən sonra aktyor yazılı açıqlama yayıb.
Ozan Güven bildirib ki, onu tənqid edən, haqqında mənfi fikirdə olan və ya davranışlarına etiraz edən insanların mövqeyinə hər zaman hörmətlə yanaşıb.
"Hadisənin baş verdiyi axşam mənim üçün çox ağır keçdi. Bir insanın ictimai məkanda hədəf göstərilməsi, alçaldılması, mühakimə olunması və oradan çıxarılmağa çalışılması bütün hallarda sərhədlərin aşılmasıdır. Son altı ildə haqqımda çox şey deyildi, çox yazıldı və bir çox əsassız iddialar təkrarlandı", – deyə aktyor vurğulayıb.
O bildirib ki, hüquqi prosesə hörmət etdiyi üçün indiyədək susmağa üstünlük verib. Lakin eyni ittihamlar və qərəzli yanaşmalarla davamlı şəkildə hədəfə çevrildiyini qeyd edib.
"Kimdənsə məni qeyd-şərtsiz sevməsini və ya dəstəkləməsini gözləmirəm. Sadəcə demək istəyirəm ki, tənqid başqa, linç isə tamam başqa şeydir. Etiraz etmək başqa, insanı yox saymaq başqa. Mən də bir insanam", – deyə Güven bildirib.
Aktyorun sözlərinə görə, onu ən çox incidən məqam etiraz zamanı sağlam düşüncənin, qarşılıqlı hörmətin və insani yanaşmanın itməsi, həmçinin təxribat xarakterli davranışların nümayiş etdirilməsi olub.
"Bu sözləri qəzəblə deyil, sağlam düşüncəyə çağırış olaraq deyirəm. Bu vəziyyət artıq mənim üçün qəbulolunan deyil. Ümid edirəm ki, tənqid edərkən, qəzəblənərkən və etiraz edərkən insan olmağı unutmarıq. Hadisənin baş verdiyi yeri və əlaqəli şəxsləri əvvəlcə ədalətə, sonra isə Allaha təslim edirəm", – deyə o əlavə edib.
Sonda aktyor ona zəng edən, maraqlanan və dəstək mesajları göndərən hər kəsə təşəkkür edib, yaranmış vəziyyətə görə ictimaiyyətdən üzr istəyib.
Xatırladaq ki, Ozan Güven 2020-ci ildə keçmiş sevgilisi Deniz Bulutsuz tərəfindən ona qarşı zorakılıq göstərməkdə ittiham edilmişdi. Hadisə uzun müddət Türkiyə ictimaiyyətinin gündəmində qalmış, məhkəmə prosesi və tərəflərin qarşılıqlı iddiaları geniş müzakirələrə səbəb olmuşdu.
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 01 İyun 2026 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















