Keçmiş qapıçı: “Ronaldo DÇ də komandasına zərər verə bilər”
Icma.az bildirir, futbolpress-az portalına istinadən.
”Liverpul” və “Tottenhem”in sabiq qapıçısı Bred Fridel Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldonun 2026-cı il Dünya Çempionatında iştirak etmək qərarını tənqid edib.
Futbolpress.az xəbər verir ki, amerikalı qolkiper bu barədə Portuqaliyanın “Apula” qəzetinə açıqlama verib.
O, Ronaldonun fiziki cəhətdən yaxşı görünməsinə baxmayaraq, kollektiv oyuna mənfi təsir edəcəyini bildirib:
”Bütün oyunçular bir gün təqaüdə çıxmalıdır, bu qaçılmazdır. Ronaldo hələ də əla fizikaya sahibdir, lakin oyun stili artıq əvvəlki kimi deyil. Elə bir an gəlir ki, oyunçu komandanın ümumi performansına xeyirdən çox zərər verə bilər”.
Fridel, Ronaldonun əzəli rəqibi Lionel Messinin əksinə, 2026-cı il mundialında iştirakının Portuqaliya üçün problem yaradacağını düşünür.
Bu il ABŞ, Kanada və Meksikada keçiriləcək Dünya Çempionatında Portuqaliya 11-ci qrupda Demokratik Konqo, Özbəkistan və Kolumbiya ilə mübarizə aparacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:265
Bu xəbər 11 Aprel 2026 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















