Nvidia Censen Huanqın baş direktor vəzifəsinə qaytarılmasını müzakirə etmir
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ-ın “Nvidia” korporasiyasının Direktorlar Şurası Censen Huanqın şirkətin baş direktoru vəzifəsinə qaytarılması məsələsini nəzərdən keçirmir.
“CNBC” telekanalının mənbələrə istinadən məlumatına görə, hazırda Direktorlar Şurasının diqqəti Huanq ətrafında aparılan araşdırmaya yönəlib.
Mənbələr bildiriblər ki, onun rəhbər vəzifəyə qaytarılması gündəmdə deyil.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Huanqın “Nvidia”nın baş direktoru vəzifəsinə bərpa edilməsinə etiraz etməyəcəyini açıqlamışdı.
Məlumata görə, Huanq noyabrın 12-də Çin xeyrinə casusluqda şübhəli bilinən qadınla münasibətləri ətrafında yaranan qalmaqal fonunda şirkətin baş direktoru və prezidenti vəzifələrindən, həmçinin Direktorlar Şurasından ayrılıb.
Şirkətə müvəqqəti rəhbərlik maliyyə direktoru Kolett Kressə həvalə edilib.
Qeyd olunan casusluq şübhələri mənbələrin iddialarına əsaslanır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 17 Noyabr 2026 06:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















