Icma.az
close
up
RU
Keçmiş səfir Ramiz Rizayevin səhhəti pisləşdi EKSKLÜZİV

Keçmiş səfir Ramiz Rizayevin səhhəti pisləşdi EKSKLÜZİV

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Azərbaycanın Rusiyadakı sabiq səfiri Ramiz Rizayevin səhhətində ciddi problem yaranıb.

Bu barədə Modern.az-a qısa açıqlamasında Ramiz Rzayevin özü bildirib.

O, qeyd edib ki, artıq neçə vaxtdır ki, ürəyi ilə bağlı xəstəliyi ağırlaşıb və yataq xəstəsinə çevrilib. 
Keçmiş səfir hazırda müalicə olunduğunu qeyd edib.

Ramiz Rizayev 1939-cu il noyabrın 2-də Naxçıvan şəhərində anadan olub.

O, Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirib. R.Rizayev neft və neft-kimya sintezi ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edib. 1983-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının( AMEA) müxbir üzvü seçilib. 

Ramiz Rizayev 1993-cü il iyulun 3-də Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 2005-ci ilə qədər bu vəzifədə çalışıb.

2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş, R.Rizayev uzun illər Azərbaycan Dövlət Universitetində fiziki-kimya fənnindən dərs deyib, AMEA-nın Kimya Problemləri İnstitutunda çalışıb.

Alimin əsas elmi araşdırmaları parafin, olefin və aromatik karbohidrogenlərin oksidləşmə reaksiyaları, katalitik sistemlər və neft-kimya prosesləri ilə bağlı olub. O, 160 elmi əsərin, 50 müəlliflik işinin və 29 patentin müəllifidir. Həmçinin 7 elmlər namizədi və 26 elmlər doktorunun elmi rəhbəri olub.

Qeyd edək ki, sabiq səfirin hazırda 87 yaşı var.

 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Avqust 2026 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see839

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see339

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see318

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see304

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see286

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see204

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see198

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see195

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see194

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see193

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see192

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see192

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see191

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see185

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see185

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see175

Xərçəngin müalicəsində tarixi İRƏLİLƏYİŞ: xəstələrin sağ qalma müddətini ikiqat artıran möcüzəvi həb

09 Oktyabr 2026 20:17see172

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see166

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see166

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri