Keçmiş sovet ölkəsi Rusiya ilə müharibəyə hazırlaşır
Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.
Litva Prezidenti, hökuməti və Seymi (parlamenti) fəaliyyətlərini müharibə şəraitinə uyğunlaşdırmağa hazırlaşır.
Seym sədrinin müşaviri Saulyus Stripayka bildirib.
"Parlament sədri Ukraynadakı vəziyyəti təhlil edərək qanuna dəyişikliklər hazırlayıb. Bu dəyişikliklər silahlı qüvvələri və rəhbərliyin mühafizə xidmətini müharibə və hakimiyyət strukturlarının adi qaydada fəaliyyətini davam etdirə bilmədiyi halda dövlət qurumlarının fəaliyyətini təmin etməyə məcbur edir”, - o deyib.
Müşavir qeyd edib ki, ətraflı planları ordu komandanlığı və rəhbərliyin mühafizə xidməti hazırlayacaq: "İlk növbədə, hakimiyyət strukturlarının təxliyəsi halında alternativ iş yerlərinin təmin olmasını nəzərdə tutmalıdırlar”.
Parlament sədri tərəfindən hazırlanmış dəyişikliklər hazırda Seymin müzakirəsindədir.
Litva hökuməti ölkəyə hücum edə biləcək potensial təhlükə kimi Rusiyanı görür.
///teleqraf///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 09 Oktyabr 2026 01:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















