Icma.az
close
up
RU
Keçmiş vəkil Cavidan Osmanlı hakimin adından saxta sənəd düzəltdi Qadın 20 min manat əlavə ziyana düşdü (FOTO)

Keçmiş vəkil Cavidan Osmanlı hakimin adından saxta sənəd düzəltdi Qadın 20 min manat əlavə ziyana düşdü (FOTO)

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, ev 4, mənzil 126-nın sakini Məhərrəmova Aygün Asif qızı  tanınmış vəkil Cavidan Osmanlıdan şikayətçidir.

"Unikal"a açıqlama verən Aygün Məhərrəmova sözügedən vəkillər tərəfindən aldadıldığını bildirib.

Vətəndaş qeyd edir ki, 2014-cü ilin 16 oktyabr tarixində valideynləri tərəfindən (anası Məhərrəmova Fəridə İsmayıl qızı, Məhərrəmov Asif İsmayılxan oğlu) ona verilən etibarnaməyə əsasən, Qaraçuxur qəsəbəsi, ev.4.mənzil 126-nı (134 kvadratmetr)  Nikoil banka girov qoyaraq, bankdan 60 ay müddətinə 42 min AZN pul götürüb. 

"Təxminən iki il hər ay 1000 AZN (min manat) ödəniş etdikdən sonra məlum oldu ki, etdiyim ödənişlər düzgün hesablanmır.  Bu səbəbdən sözügedən bankla bağlı Binəqədi rayon məhkəməsinə müraciət etdim. Məhkəmənin qərarı ilə bankın qanunsuz olaraq, mənim adıma hesabladığı əlavə faizlər silindi. Bankla işimizin məhkəmədə olmasına baxmayaraq, hər ay sabit olaraq, yenə də ödəniş edirdim.  

Nikol Bank 2016-cı ildə bağlandıqdan sonra borcumuz Yelobanka köçürüldü.  Nikol Banka ümumilikdə 10 min manatdan yuxarı ödəniş etdiyim halda, borcum Yelobanka köçürülərkən, götürdüyüm ilkin məbləğ (42 min manat) borc kimi yenə də mənim üstümdə idi.

2022-ci ilə qədər uzanan məhkəmə proseslərindən sonra, elə həmin il Yelobanka 10 min manat ödəniş etdim. Amma buna baxmayaraq, məndən xəbərsiz, qanunsuz olaraq bank mənzilimi hərraca çıxarıb. Halbuki həmin hərracda mənim öz mənzilimi geri qaytarmaq şansım kifayət qədər yüksək idi. Hərracda iştirakım olmayıb və hərrac barədə mənə heç bir rəsmi, yaxud qeyri-rəsmi bildiriş gəlməyib.

2023-cü ilin oktyabr ayının 11-də mənzilim Suraxanı rayon məhkəmə icraçılarının iştirakı ilə boşaldılıb.

2024-cü ilin iyun ayında  vəkil Cavidan Osmanlıyla yönləndirildim.  Cavidan Osmanlıya 1000 manat ödəniş etməliyi olduğum halda,  işimin tezliklə həll olunacağını düşündüyüm üçün hətta “şirinlik” olaraq 200 manat əlavə ödəniş etdim. Yəni ümumilikdə 1200 manatı Cavidan Osmanlıya verdim. 

Bir müddət sonra işin gedişatı ilə maraqlananda Cavidan Osmanlı mənə bildirdi ki, hər şey xeyrimizədir və tezliklə mənzilin açarları sizə təhvil veriləcək.

Sonrakı müddətdə müxtəlif bəhanələrlə məndən ümumilikdə 20 min manat pul aldı. Bildirdi ki, bu pul məhkəmədə vəzifəli şəxslərə veriləcək. 

2025-ci ilin noyabr ayında Cavidan Osmanlı mənə 2025-ci ilin mart ayının 3-nə aid olan bir sənəd təqdim etdi. Və mən sonradan başa düşdüm ki, Suraxanı rayon məhkəməsinin hakimi Tural Məmmədovun adından olan və mənə təqdim edilən icra vərəqəsi saxtadır. Kağızın üzərindəki QR kodu yoxladıqda, sənədin saxta olduğu üzə çıxdı.

Hazırda 150 min dəyəri olan mənzilimi itirməklə yanaşı, Cavidan Osmanlının əliylə 20 min manat əlavə ziyana uğramışam. 

Bu problem səbəbindən 71 yaşlı anamla münaqişə vəziyyətindəyəm. Çünki anam hazırda mənim bu şəxslərə güvənməyimin ucbatından kirayədə yaşayır".

Məsələ ilə bağlı vəkil Cavidan Osmanlının da mövqeyini yayımlamağa hazırıq.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://unikal.az
archiveBu xəbər 18 Yanvar 2026 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri