Bu ölkənin xəritəsi 24 saat ərzində dəyişdi İtkilərin siyahısı yayıldı
Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.
Suriyada xəritə 24 saat ərzində dəyişib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Haberler” nəşri məlumat yayıb.
“Şam hakimiyyəti ilə Suriya Demokratik Qüvvələri (SDG) arasında 10 martda imzalanmış “İnteqrasiya Sazişi”nin icra olunmaması səbəbindən Suriya Ordusu və yerli qəbilələr eyni vaxtda hərbi əməliyyata başlayıblar. Əməliyyat nəticəsində SDG-nin on ildən artıq müddətdə nəzarətdə saxladığı geniş ərazilərdə cəmi 24 saat ərzində həlledici dəyişikliklər baş verib”, – deyə bildirilib.
Qeyd olunub ki, SDG-nin “qızıl dövr” adlandırdığı mərhələ faktiki olaraq sona çatıb:
“İqtisadi dayaqları zəifləyən və xarici dəstəyi getdikcə azalan təşkilat Ayn əl-Ərəb (Kobani) xəttinə sıxışdırılıb. Suriya Müdafiə Nazirliyinə tabe olan qüvvələr Rakka vilayətinin Tabka rayonunu ələ keçirdikdən sonra əməliyyatın istiqamətini şərqə doğru dəyişiblər. İlkin hədəf Rakka şəhər mərkəzi olsa da, əməliyyat Deyr əz-Zor istiqamətində davam etdirilib”.
Məlumata görə, Suriya Ordusunun 86-cı diviziyası Deyr əz-Zor şəhər mərkəzində yerləşən torpaq körpü vasitəsilə Fərat çayının şərq sahilinə keçib:
“SDG-nin digər keçid nöqtələrini dağıtması səbəbindən bu körpünün nəzarətə götürülməsi ordunun manevr imkanlarını artırıb və SDG-nin logistika xətlərini kəsib. Əməliyyatla paralel olaraq, SDG-nin hərbi və iqtisadi əsasını təşkil edən neft və qaz yataqları da sürətlə itirilib.
Əl-Ömər neft yatağı və Konoko qaz sahəsi başda olmaqla, Safyan, Əs-Savra, Tenk, Cefra, Azba, Təyənə, Ceydu, Malih və Azrak yataqları Suriya Ordusu və yerli qəbilələrin nəzarətinə keçib. Nəticədə, SDG-nin daxili gəlirlərinin 70 faizindən çoxunun cəmi bir gün ərzində kəsildiyi bildirilir”.
Safura Bənnayeva
Globalinfo.az
Baxış sayı:106
Bu xəbər 18 Yanvar 2026 16:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















