Icma.az
close
up
RU
Keçmiş vəkil həbs edildi FOTO

Keçmiş vəkil həbs edildi FOTO

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Bakıda külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə təqsirlənsirilən keçmiş vəkil İbrahim Hüseynovun cinayət işi üzrə məhkəmə keçirilib.
Demokrat.az APA-ya istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, İ.Hüseynov 1 il 6 ay müddətinə vəkillik fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.
İttihama görə, İbrahim Hüseynov "Güvən” Vəkil Bürosunun vəkili vəzifəsində çalışarkən öz səlahiyyətlərindən istifadə edərək zərərçəkmiş şəxsi aldadıb, onun qeyri-rəsmi nikahda olduğu şəxsin həbsdən azad ediləcəyi və ev dustaqlığına buraxılacağı vədi ilə ümumilikdə 44 min manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunub.
Ona Cinayət Məcəlləsinin 178.2.3-cü (Dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 178.2.4-cü (Dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə yekun ittiham elan olunub.
Təqsiləndirilən şəxs 44 min manatın 20 min manatını geri qaytarıb. O, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə üzvlükdən xaric edilib.
Qeyd edək ki, cinayət işi üzrə istintaq Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb.

 
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 Yanvar 2026 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see331

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see280

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see238

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see228

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see226

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see223

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see222

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see218

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see211

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see208

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see203

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see201

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see193

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see191

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see188

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see187

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see168

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see165

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see163

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri