Icma.az
close
up
RU
Keçmişi buraxa bilməmək: ruminasiya

Keçmişi buraxa bilməmək: ruminasiya

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"İnsan beyninin ən mürəkkəb xüsusiyyətlərindən biri keçmiş hadisələr üzərində davamlı düşünmək meyilidir. Bu hal bəzən yaradıcılıq və problem həllinə kömək etsə də, bəzi hallarda ruminasiya adlanan patoloji vəziyyətə çevrilərək psixi və neyroloji sağlamlığa mənfi təsir göstərə bilər. Bəs keçmişi buraxa bilməmək zamanı beyində hansı mexanizmlər işə düşür? Keçmişlə bağlı xatirələr beyində limbik sistem, hippokamp, amigdala və prefrontal korteks arasında yaranan neyron şəbəkələrdə saxlanılır. Emosional yüklü xatirələr zamanı amigdalanın aktivliyi artdığı üçün bu cür xatirələr daha güclü və davamlı olur. Bu səbəbdən: emosional travmalar, itkilər, güclü stres faktorları keçmişdə "ilişib qalma" riskini artırır". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib.
Psixoloqun fikrincə, ruminasiya – insanın kədər, peşmanlıq, utanc, qorxu və ya narahatlıq yaradan düşüncələri təkrar-təkrar, nəzarətsiz şəkildə zehində canlandırmasıdır: "Termin adını heyvanların qidanı dəfələrlə çeynəməsindən alır və düşüncələrin "zehni olaraq yenidən çeynənməsi" mənasında işlədilir. Ruminasiya xüsusilə: depressiya, təşviş pozuntuları, travma sonrası stres pozuntusu ilə sıx əlaqəlidir. Bəs Ruminasiya nə zaman təhlükəli hesab edilir? Əgər Ruminasiya gündəlik funksionallığı pozursa, yuxu problemləri yaradırsa, depressiv əlamətləri dərinləşdirirsə, diqqət və yaddaşı zəiflədirsə, artıq bu, təhlükədən xəbər verir. Eyni zamanda, uzunmüddətli ruminasiya beyində neyroplastik dəyişikliklərə səbəb ola və mənfi düşüncə dövrlərini gücləndirə bilər. Keçmişi buraxa bilməmək, sadəcə, psixoloji zəiflik deyil, beynin müəyyən şəbəkələrinin disbalansı ilə əlaqəli mürəkkəb neyropsixoloji prosesdir. Ruminasiyanın mexanizmlərini anlamaq həm nevroloji, həm də psixi sağlamlığın qorunması baxımından böyük əhəmiyyət daşıyır", - deyə psixoloq Yeganə Əsgərova fikrini yekunlaşdırıb.

Afət tahirqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 Mart 2026 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see384

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see331

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see272

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see272

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see266

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see250

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see242

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see225

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see209

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see198

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see195

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see193

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see192

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see190

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see184

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see183

İdmandan kənar: Sürətin arxasındakı həyat

04 Oktyabr 2026 08:48see178

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see178

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see173

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri