Icma.az
close
up
RU
Menu

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

“Həkim məsləhəti” rubrikamızda

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

Qızılın SON qiyməti

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

“Kədərli Şahzadə”nin ACI TALEYİ KONKRET

“Kədərli Şahzadə”nin ACI TALEYİ KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bir zamanlar Tehranda gözəllər gözəli bir qız yaşayırdı. Onun adı Sürəyya idi…

Şah Pəhləvi, bacısı şahzadə Şəms və Sürəyyanın xalası vasitəsilə fotoda gördüyü zümrüd kimi yaşıl gözlü gənc qıza ilk baxışda vurulmuşdu. O, dərhal Sürəyyanı Gülüstan Sarayına dəvət etdi…

Gözəllər gözəli Sürəyya isə kino afişalarında şəkillərini görmək xəyalı ilə alışıb-yanarkən, aktyorluq əvəzinə saraya dəvət edilməyin xəyalını qururdu. Artıq Sürəyya “Məhsun (kədərli) Şahzadə” kimi anılacağı uzun bir yola çıxmışdı.

Tehran səfərindən əvvəl Parisdə özünə bir neçə gözəl paltar tikdirmişdi. O həyəcanlı günlərdə içini rahatladan söz isə atasından gəlmişdi:

“Qızım, Şahı bəyənməsən, mütləq evlənməyə məcbur deyilsən…”

Zümrüd gözlü Sürəyya Gülüstan Sarayının qarşısına çatdığında sarayda böyük bir həyəcan yaşanırdı.
Gözəllər gözəli Sürəyya sarayın qapıları açılınca içəri girdi və elə həmin anda Şahlar şahı Məhəmməd Rza Pəhləvi də otağa daxil oldu. Bu zaman göz-gözə gəldilər. Sanki ildırım çaxmışdı.

İllər sonra qələmə aldığı “Həyatım” adlı kitabında Sürəyya bu ani görüşü belə təsvir edirdi:
“Qarşılaşdığım adam düşündüyümdən daha maraqlı və yaraşıqlı idi. Onu görən kimi aşiq oldum…”.

Cəmi iki gün içində Sürəyya ilə şahın nişanı rəsmi şəkildə elan edildi. Və unudulmayacaq, dillərdə dolaşan o məşhur toy hazırlıqları başlandı. Toya çox az vaxt qalmış Sürəyya əvvəl xəstəliyə yoluxdu, incə bədəni “Christian Dior”un hazırladığı möhtəşəm gəlinliyi daşıya bilməyəcək vəziyyətdə idi. 12 fevral 1951-ci ildə yataqdan qalxandan cəmi 3 gün sonra Sürəyya tül üzərinə gümüş sapla işlənmiş, 600 parça almazla bəzədilmiş, 20 kilo ağırlığında möhtəşəm gəlinliyi geyindi.

Bütün hazırlıqlar tamamlanmışdı. Sürəyya nökərləri ilə xalasının köşkünün qapısından çıxıb möhtəşəm faytona mindi.
Onun önündə və arxasında nizəli süvarilər irəliləyir, xalqın böyük sevgisi arasından yavaş-yavaş saraya doğru hərəkət edirdi.
Sanki bütün Tehran ayaqda idi.

O, zümrüd kimi yaşıl gözəlliyi min bir gecə nağıllarındakı şahzadələri xatırladaraq saraya gəlirdi. Qısa yolçuluqdan sonra Sürəyya nəhayət Mərmər Sarayının qarşısında idi. Altı nökər Sürəyyanı müşayiət edirdi. Sarayın öndə gələnləri pillələrin hər iki tərəfində sıraya düzülmüşdü. Yuxarıda isə Şah Məhəmməd, anası Tac-ül Mülk və digər şahzadələr dayanmışdı. Arxa tərəfdə isə Sürəyyanın ailəsi vardı. Sürəyya ağır addımlarla pillələri qalxıb Şahın qoluna girdi. Salon başdan-başa çiçəklərlə bəzədilmişdi.
Tam iki yüz çiçək açmış albalı budağı, min qırmızı qərənfil, min iki yüz də yasəmən salxımı Aynalı Salona cənnət bağçası görünüşü verirdi. Televiziyalar mərasimin hər anını anbaan çəkirdi…

Evlilik həyatında şirinlik olması üçün Şah Sürəyyaya içi lokumla dolu billur kasa verdi. Validə Sultan isə onların üzərinə şəkər səpirdi. Amma bu evlilik gözləndiyi kimi şirin davam etmədi.

Nikah Tehranın ən sevilən imamı—İmam Cümə tərəfindən kəsildi. Sürəyyadan Şahla evlənmək istəyib-istəmədiyi soruşulduqda cavabı bıçaq kimi kəsici oldu: “Bəli!” Sürəyya üçün yeni bir həyat başlamışdı. Bütün kraliçalar kimi o da ictimai işlərlə maraqlanır, sərgilərin açılışlarında iştirak edir, məktəbləri yoxlayırdı. Gözəlliyi və zərifliyi sayəsində bütün ölkə ona heyran idi. Şah isə getdikcə ona daha çox bağlanırdı.

Rəsmi səfərlərdə Londondan Madridə qədər hər yerdə Şaha yoldaşlıq edirdi. At sürmək, xizək sürmək, oyunlara getmək, meşədə gəzintilər onun ən böyük zövqləri idi. Şah da Sürəyyanı xoşbəxt etmək üçün əlindən gələni edirdi: mücəvhərlər, kürklər, villalar, Nyu-Yorka, Hollivuda xüsusi səfərlər…

Lakin günlər su kimi keçir, bu nağıl kimi həyatı tamamlayacaq vəliəhd isə bir türlü gəlmirdi. Bu mühüm məsələ hamını düşündürməyə başlamışdı. Bir oğlu olmadığı təqdirdə Şahın yerinə kim keçəcəkdi?

26 oktyabr 1954-cü ilə qədər bunun cavabı var idi: Şahın qardaşı Əli Rza. Amma bədbəxtliklər zəncirinin ilk həlqəsi həmin gün yaşandı. Əli Rza təyyarə qəzasında həyatını itirdi. Artıq Sürəyya həkimlərə aparılmağa başlamışdı. Hər getdiyi həkim eyni cavabı verirdi: “Uşaq sahibi olmaq ümidi yoxdur…”

Şah dövlət və ailə arasında qalmışdı. Sürəyya isə getdikcə aqressivləşdi və beləcə münasibətlərdə soyuqluq yaranmağa başladı.

1958-ci ilin fevralında hadisələr sürətləndi. Bir gecə sarışın, gənc bir qadını Şaha göstərdikləri an Sürəyya içəri girdi.
İç dünyası yıxılmışdı… Dərhal otağına çəkilib əşyalarını yığmağa başladı. Şahla görüşməyi rədd etdi. Ertəsi gün kədərli halda təkbaşına Saint-Moritzə getdi… Şahdan dövlət mənafeyi naminə belə bir şeyə məcbur qaldığını bildirən bir məktub aldı. 14 mart günü boşandıqları rəsmi şəkildə dünyaya duyruldu. Artıq hər şey bitmişdi…

Sürəyyaya “şahzadə” titulu veriləcəyi, Şahın bacıları ilə eyni hüquqlara sahib olacağı, diplomatik pasport və müəyyən gəlir təmin ediləcəyi elan edildi. Şah isə bütün İrana kədərli bir məktubla çox sevdiyi həyat yoldaşından ayrılmaq məcburiyyətində qaldığını açıqladı… Sürəyyanın par-par parıldayan gözlərinin işığı sönmüşdü. Bundan sonra ona “kədərli Şahzadə” deyiləcəkdi…

Rəsmiyyə Şərifova,
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://konkret.az
archiveBu xəbər 18 Noyabr 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see456

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

15 Sentyabr 2026 12:22see259

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see241

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see234

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see223

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see223

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see220

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

15 Sentyabr 2026 21:41see215

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see210

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see204

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see200

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see200

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see198

Qızılın SON qiyməti

15 Sentyabr 2026 09:23see198

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

15 Sentyabr 2026 18:10see198

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see197

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

15 Sentyabr 2026 18:33see190

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

15 Sentyabr 2026 21:30see181

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see177

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri