Icma.az
close
up
RU
Menu

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

Vladimir Putin İlham Əliyevi təbrik etdi

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

Kəlbəcər günü: qürur, yaddaş və yenidən dirçəliş salnaməsi ŞƏRH

Kəlbəcər günü: qürur, yaddaş və yenidən dirçəliş salnaməsi ŞƏRH

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kəlbəcər günü Azərbaycanın tarixi yaddaşında, milli qürur salnaməsində və müasir dövlət quruculuğu gündəliyində xüsusi məna daşıyan əlamətdar tarixdir. Dəniz səviyyəsindən yüksəkdə yerləşən, əzəmətli zirvələri, dərin dərələri, gur çayları və şəfalı bulaqları ilə seçilən bu diyar təkcə coğrafi məkan deyil, həm də xalqımızın əzmkarlığının, torpağa bağlılığının, mədəni zənginliyinin və tarixi ədalətin bərpasının canlı rəmzidir. 25 noyabr tarixi Kəlbəcərin düşmən işğalından azad edilməsi günü kimi Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə həkk olunub və bu günün qeyd edilməsi həm ötən illərin ağrı-acısını, həm də qazanılan Böyük Zəfərin yaratdığı qürur hissini özündə birləşdirir.
Kəlbəcərin tarixi kökləri qədim zamanlara gedib çıxır. Bu ərazi əsrlər boyu müxtəlif mədəniyyətlərin qovuşduğu, təbii sərvətləri və strateji mövqeyi ilə diqqət çəkən mühüm tarixi-coğrafi məkan olub. Kiçik Qafqazın mərkəzində, Murovdağ silsiləsinin cənub-qərb yamaclarında yerləşən Kəlbəcər təbiətin insana bəxş edə biləcəyi bir çox nadir xüsusiyyətləri bir araya gətirib. Sıldırım qayalar, sıx meşələr, alp çəmənlikləri, buz bulaqları və müalicəvi əhəmiyyətli mineral sular bu torpağın özünəməxsus simasını formalaşdırıb. İllər uzunu bu dağların qoynunda yaşayan insanlar təbiətlə harmoniyada həyat sürüb, maldarlıq, əkinçilik, arıçılıq və sənətkarlıqla məşğul olub, öz məişətlərini, adət-ənənələrini və dünyagörüşlərini nəsildən-nəslə ötürüblər. Kəlbəcərin hər bir kəndi, hər bir dərəsi, hər bir bulağı özündə bir tarix, bir rəvayət, bir xatirə yaşadır. Bu diyarın mənəvi aləmi təbiəti qədər dərin və zəngindir. Kəlbəcər Azərbaycan ədəbiyyatına, aşıq mühitinə, şifahi xalq yaradıcılığına və el sənətinə görkəmli simalar bəxş edib. Sözün qiymətinin uca tutulduğu, sazın-sözün insan ruhuna təsəlli və güc verdiyi bu mühitdə yaranan şeirlər, dastanlar, bayatılar və qoşmalar xalqın yaddaşında dərin iz buraxıb. Dağların əzəməti, təbiətin sərtliyi və eyni zamanda gözəlliyi kəlbəcərlilərin xarakterində də öz əksini tapıb: dözümlülük, səmimiyyət, qonaqpərvərlik, mərdlik və sözə sədaqət bu elin başlıca keyfiyyətləri kimi tanınıb. Tarixi-memarlıq abidələri, qədim qəbiristanlıqlar, daş heykəllər, qalalar və məbədlər isə bu torpağın qədim və fasiləsiz mədəni irsinin sübutudur.Otuz ilə yaxın davam edən işğal dövrü Kəlbəcər üçün sadəcə bir inzibati və ya coğrafi ayrılıq deyil, həm də böyük sınaq, dağıntı və mənəvi iztirab dövrü olub. 1993-cü ildə baş verən işğal nəticəsində on minlərlə insan doğma yurd-yuvasından didərgin düşüb, ölkənin müxtəlif bölgələrində məskunlaşmaq məcburiyyətində qalıb. Kəlbəcərlilər yaşadıqları yerlərdə işləyib-yaratsalar da, fəaliyyət göstərsələr də, qəlblərinin bir parçası həmişə Murovun o tayında, doğma evlərinin, ata-baba ocaqlarının, yaxınlarının məzarlarının yanında qalıb. Bu illər ərzində "Bir gün qayıdacağıq" inamı nəsildən-nəslə ötürülən ən böyük mənəvi dayağa çevrilib. Uşaqlar böyüyüb, gənclər yetişib, lakin heç vaxt görmədikləri və ya uşaqlıq xatirələrində yaşatdıqları Kəlbəcər onların şüurunda əlçatmaz bir xəyal kimi yox, mütləq gerçəkləşəcək tarixi haqq kimi formalaşıb.
2020-ci ilin payızında qazanılan Vətən müharibəsi və onun məntiqi nəticəsi olan siyasi-hərbi qələbə Kəlbəcərin taleyində dönüş nöqtəsi oldu. Heç bir güllə atılmadan, Azərbaycan Ordusunun sarsıdıcı zərbələri və dövlətin qətiyyətli mövqeyi qarşısında düşmənin geri çəkilməyə məcbur qalması nəticəsində 25 noyabr 2020-ci ildə Kəlbəcər rayonu işğaldan azad edildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqa müraciətində bu tarixi hadisənin mahiyyətini dəqiq ifadə edərək bildirmişdir ki, Kəlbəcərin işğaldan azad edilməsi tarixi hadisədir və bizim şanlı Qələbəmizin təntənəsidir.
Prezident İlham Əliyev azadlıqdan sonrakı dövrdə Kəlbəcərə etdiyi ardıcıl səfərlər zamanı da rayonun strateji əhəmiyyətini, təbii gözəlliklərini və bərpa proqramının miqyasını xüsusi diqqət mərkəzində saxlayıb. 2021-ci ilin avqustunda Kəlbəcərə səfəri zamanı dövlət başçısı Murovdağ silsiləsini aşaraq bölgəyə gəlmiş, burada ucaldılan Azərbaycan Bayrağını qaldırmış və bu torpaqların əsl sahiblərinin qayıtdığını bəyan etmişdir. Həmin səfərlər çərçivəsində Prezident İlham Əliyev işğal dövründə törədilmiş vandalizmi dünya ictimaiyyətinə çatdıraraq bildirmişdir ki, düşmən bütün şəhər və kəndlərimizi yerlə-yeksan etsə də, biz bu torpaqları yenidən cənnətə çevirəcəyik. Dövlət başçısının səfərləri zamanı səsləndirdiyi "Biz Kəlbəcəri yenidən quracağıq, bərpa edəcəyik, ən müasir şəhərlərdən birinə çevirəcəyik" fikri bu gün bölgədə aparılan genişmiqyaslı işlərin əsas yol xəritəsinə çevrilib. Azadlıqdan dərhal sonra Kəlbəcərdə başlanan bərpa və yenidənqurma prosesi müasir Azərbaycanın quruculuq əzmini nümayiş etdirir. Prezident İlham Əliyevin Kəlbəcərə hər bir səfəri yeni infrastruktur layihələrinin təməlqoyma və açılış mərasimləri ilə yadda qalıb. Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun inşası, Murovdağ tunelinin çəkilişi, Kəlbəcər şəhərinin Baş planının təsdiqlənməsi, yaşayış komplekslərinin, məktəblərin, xəstəxanaların və enerji obyektlərinin təməlinin qoyulması bu səfərlərin konkret nəticələridir. Dövlət başçısı çıxışlarında dəfələrlə qeyd edib ki, Kəlbəcərin mürəkkəb dağ relyefinə və sərt iqlim şəraitinə baxmayaraq, burada ən müasir standartlara cavab verən yollar və tunellər inşa olunur ki, həm vətəndaşların gediş-gəlişi rahat olsun, həm də bölgənin iqtisadi-turizm potensialı tam gücü ilə işə düşsün.
Kəlbəcərin yenidən qurulmasında ekoloji tarazlığın qorunması, "yaşıl enerji" prinsiplərinin tətbiqi və təbii sərvətlərin səmərəli istifadəsi xüsusi yer tutur. Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını "yaşıl enerji" zonası elan edərkən Kəlbəcərin su ehtiyatlarının və bərpaolunan enerji imkanlarının müstəsna rolunu vurğulayıb. Səfərlər zamanı rayonda kiçik su elektrik stansiyalarının açılışında iştirak edən dövlət başçısı bildirib ki, Kəlbəcərin bol sulu çayları ölkənin enerji təhlükəsizliyinə mühüm töhfə verir. Eyni zamanda, məşhur İstisu mineral su zavodunun və İstisu müalicə-istirahət kompleksinin yenidən qurulması ilə bağlı səfərlər zamanı Prezident İlham Əliyev qeyd etmişdir ki, İstisu brendi yenidən öz şöhrətini bərpa edəcək və Kəlbəcər həm sağlamlıq turizmi, həm də dağ-ekoturizm baxımından dünyanın diqqətini cəlb edən məkanlardan birinə çevriləcək.
Böyük Qayıdış proqramı çərçivəsində Kəlbəcərə həyatın geri dönməsi bu günün ən təsirli və mənalı mənzərələrindən biridir. Prezident İlham Əliyev Kəlbəcərə səfərləri zamanı sakinlərlə görüşlərində və çıxışlarında xüsusi vurğulamışdır ki, bütün bu quruculuq işlərinin mərkəzində Azərbaycan vətəndaşı, doğma yurduna qayıdan insanlar dayanır. Dövlət başçısının sözləri ilə desək, "Biz bu torpaqlara əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq." Doğma torpağa qayıdan sakinlər dağıdılmış evlərin yerində ucaldılan müasir yaşayış məhəllələrində, yenilənmiş məktəblərdə və sosial obyektlərdə yeni həyat qururlar. İllərlə uzaqdan baxılan dağlara indi doğma ocağın işığı altından baxmaq, bulaqların səsini yenidən yaxından eşitmək Kəlbəcər gününün əsl mahiyyətini tamamlayır. Kəlbəcər günü eyni zamanda gənc nəsillər üçün də mühüm tərbiyəvi və mənəvi məktəbdir. Prezident İlham Əliyevin çıxışlarında daim önə çəkdiyi kimi, gənc nəsil bu torpaqların hansı fədakarlıqlar bahasına azad edildiyini unutmamalı, tarixi yaddaşı qorumalı və Vətənə sədaqətlə xidmət etməlidir. Bu torpağın hər daşında şəhidlərimizin və qazilərimizin fədakarlığının izi, xalqımızın birliyinin nişanəsi var. Buna görə də Kəlbəcər günü təkcə təqvimdəki bir tarix deyil, həm də minnətdarlıq, vəfa, qürur və məsuliyyət günüdür.


Vəli Sərxanlı

YAP Culfa rayon təşkilatının fəalı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Noyabr 2026 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see325

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see291

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see274

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see268

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see267

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see249

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see246

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see246

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see245

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see241

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see235

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see235

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see231

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see229

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see229

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see220

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see198

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

22 Noyabr 2026 23:58see196

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

23 Noyabr 2026 00:34see190

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri