Icma.az
close
up
RU
Qədim yurdun dirçəliş və qürur günü ŞƏRH

Qədim yurdun dirçəliş və qürur günü ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

26 Avqust – Laçın Şəhəri Günü Azərbaycan xalqının yaddaşında mühüm tarixi hadisə kimi xüsusi yer tutur. Bu əlamətdar gün Laçının işğaldan azad edilməsindən sonra şəhərin yenidən qurulması, doğma sakinlərin öz yurdlarına qayıdışı və bölgədə həyatın bərpası istiqamətində həyata keçirilən böyük işlərin rəmzidir. Laçın əsrlər boyu Azərbaycanın zəngin tarixini, mədəniyyətini və milli-mənəvi dəyərlərini özündə yaşadan qədim yaşayış məskənlərindən biri olub.

Laçının işğaldan azad olunması Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərin mühüm nəticələrindən biridir. 2020-ci il dekabrın 1-də Laçın rayonunun Azərbaycana qaytarılması ilə uzun illər doğma torpaqlarından ayrı düşmüş insanların qayıdışına yeni imkanlar yarandı. Azərbaycan Ordusunun şücaəti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət və xalqımızın milli həmrəyliyi nəticəsində Laçın yenidən Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi öz inkişaf yoluna qədəm qoydu.

Bu gün Laçında genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilir. Şəhərin müasir standartlara uyğun yenidən qurulması, yaşayış binalarının, sosial obyektlərin, məktəblərin, tibb müəssisələrinin və digər infrastrukturun yaradılması qarşıya qoyulan əsas məqsədlərdəndir. Laçının təbiətinin qorunması, ekoloji tarazlığın təmin olunması və şəhərin müasir, rahat yaşayış məkanına çevrilməsi də xüsusi diqqət mərkəzində saxlanılır.

Laçının dirçəldilməsi Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə apardığı böyük bərpa və quruculuq siyasətinin parlaq nümunəsidir. Dövlət tərəfindən həyata keçirilən layihələr yalnız dağıdılmış şəhər və kəndlərin bərpasını deyil, eyni zamanda həmin ərazilərdə dayanıqlı iqtisadi inkişafın, sosial rifahın və təhlükəsiz yaşayışın təmin edilməsini nəzərdə tutur. Laçında yaradılan yeni imkanlar burada həyatın əvvəlki kimi canlanmasına, insanların doğma torpaqlarına qayıdaraq öz evlərində yaşamasına şərait yaradır.

Laçın həm də Azərbaycanın zəngin təbiəti ilə seçilən bölgələrindən biridir. Onun dağları, meşələri, çayları və təbii sərvətləri ölkəmizin milli sərvətinin mühüm hissəsidir. Şəhərin və rayonun bərpası zamanı təbiətin qorunmasına xüsusi diqqət yetirilməsi gələcək nəsillər üçün bu gözəlliklərin saxlanılmasına xidmət edir. Laçının yenidən qurulması ilə onun tarixi-mədəni irsinin qorunması və turizm potensialının inkişaf etdirilməsi üçün də geniş imkanlar yaranır.

26 Avqust – Laçın Şəhəri Günü həm də keçmişdən gələcəyə uzanan bir körpüdür. Bu gün Laçının tarixi keçmişinə ehtiram göstərməklə yanaşı, onun gələcəyinə olan inamı ifadə edir. Şəhərin küçələrində yenidən həyatın canlanması, insanların öz doğma yurdlarına qayıtması və burada yeni həyat qurması Böyük Qayıdış siyasətinin real nəticələrinin göstəricisidir.

Laçının yenidən qurulması Azərbaycan dövlətinin gücünün, xalqımızın əzminin və milli iradəsinin təcəssümüdür. İşğal dövründə dağıdılmış ərazilərin qısa müddətdə bərpa olunması Azərbaycanın iqtisadi imkanlarını, təşkilati potensialını və gələcəyə hesablanmış inkişaf strategiyasını nümayiş etdirir. Bu proses həm də Qarabağ və Şərqi Zəngəzurun ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynayacağı yeni mərhələnin başlanğıcıdır.

Bu əlamətdar gün münasibətilə Laçının keçmişini, bu gününü və gələcəyini düşünərkən bir daha aydın olur ki, Azərbaycan xalqı öz tarixi torpaqlarına sahib çıxmaq əzmini heç vaxt itirməyib. Laçın artıq yalnız Zəfərin simvollarından biri deyil, həm də quruculuğun, qayıdışın, inkişafın və yeni həyatın rəmzidir.

26 Avqust – Laçın Şəhəri Günü münasibətilə bütün laçınlıları və Azərbaycan xalqını təbrik edir, doğma Laçının bundan sonra da sürətlə inkişaf etməsini, abadlaşmasını və daha gözəl günlərə qovuşmasını arzulayırıq. Laçının hər bir uğuru Azərbaycanın Böyük Qayıdışının və tarixi Zəfərimizin davamıdır.

Rauf Nəcəfov

YAP Sədərək rayon təşkilatının məsləhətçisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 Avqust 2026 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see397

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see310

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see308

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see289

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see287

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see278

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see256

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see255

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see253

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see243

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see238

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see236

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see235

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see229

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see228

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see223

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see218

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see215

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see211

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri