Icma.az
close
up
RU
Kəlbəcər liderimizin qətiyyəti ilə azad olundu

Kəlbəcər liderimizin qətiyyəti ilə azad olundu

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Kəlbəcərin işğalı Azərbaycanın Birinci Qarabağ müharibəsində ciddi ərazi itkisi ilə yadda qalmadı, həm də dövlətçiliyimiz üçün ən ağır strateji zərbələrdən biri oldu. Müdafiə xəttinin səmərəli qurulmaması, hərbi idarəetmədə hökm sürən xaos, vahid komandanlığın olmaması nəticəsində bu füsünkar diyarımız 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələrinin nəzarəti altına keçdi. Kəlbəcərin işğalının miqyası yalnız ərazi itkiləri ilə ölçülmədi. Bu faciə zamanı 511 dinc sakin qətlə yetirildi, 321 nəfər itkin düşdü. Üstəlik, rayonun yüzilliklər boyu formalaşmış tarixi-mədəni irsi talan edildi, maddi sərvətləri sistemli şəkildə Ermənistana daşındı, 27 illik işğal dövründə isə Kəlbəcərin təbii ehtiyatları məqsədli şəkildə istismar olundu. Bütün bunlar beynəlxalq hüququ, humanitar prinsipləri və regional sabitliyi açıq şəkildə tapdalayan işğalçı siyasətin nəticəsi idi. Dünya birliyinin fəaliyyətsizliyi  isə bu haqsızlığın davam etməsinə şərait yaratdı. 

İşğal zamanı səsgücləndiricilərdən yayılan humanistlik iddiaları qısa müddətdə boş söz olduğu ilə üzə çıxdı. Həmin silahlı birliklər Kəlbəcər əhalisinə qarşı elə vəhşiliklər törətdilər ki, baş verənlər bölgənin yaddaşına silinməz faciə kimi həkk olundu. Onların 10 saat möhlət veriləcəyi və mülki insanlara toxunulmayacağı barədə səsləndirdikləri bəyanatlar isə son nəticədə dinc sakinlərin gülləbaran edilməsi ilə bitdi və beləliklə bütün o vədlərin gerçək niyyəti ört-basdır etməkdən başqa heç bir dəyəri olmadığı acı şəkildə təsdiqləndi. 
Uzun illər torpaqlarımız işğal altında olsa da, ümidimizi heç vaxt üzmədik. İnanırdıq ki, gün gələcək biz yurd yerimizə əbədi qayıdacağıq. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Azərbaycan heç vaxt bu işğalla barışmayacaq. 44 gün davam edən Vətən müharibəsinin şəriksiz qəhrəmanı olan İlham Əliyevin tarixi bəyanatı özünü tam doğrultdu. Bu müharibə nəticəsində torpaqlarımız işğaldan azad edildi, Ermənistan isə rüsvayçı şəkildə geri çəkilərək təslimçilik aktına imza atdı. Ali Baş Komandan kimi qələbəni təmin edən İlham Əliyev Prezident kimi siyasi masada də tarixi uğura imza atdı. 10 noyabr bəyannaməsinin şərtlərinə uyğun olaraq Kəlbəcər müharibəsiz azad edildi. 

Ölkəmiz Kəlbəcərə böyük qayıdışın sevincini yaşayarkən uzun illərin işğalının ağır mirası ilə də üz-üzə qaldı. Ərazi geniş şəkildə minalanmış, rayon isə demək olar ki, tamamilə viran qoyulmuşdu. Buna baxmayaraq Azərbaycan dövləti hər hansı xarici yardım və dəstək gözləmədən, bütün işləri öz gücü hesabına həyata keçirməyə başladı. Qısa zamanda Kəlbəcər sürətli bərpa və quruculuq prosesinin mərkəzinə çevrildi, yeni yaşayış məhəllələrinin salınmasına start verildi. İnşa olunan yaşayış kompleksi 19,5 hektar ərazini əhatə edir. Birinci mərhələdə 201 ailə üçün 6 dördmərtəbəli bina və 39 “townhouse” tipli ev tikilib. Mənzillər iki, üç və dördotaqlı olmaqla müxtəlif planlaşdırılıb. İkinci mərhələdə daha 323 ailənin yerləşdirilməsi nəzərdə tutulur və bunun üçün 16 çoxmənzilli bina və 57 “townhouse” ev inşa ediləcək. Ərazidə parklar, sosial obyektlər və istirahət zonaları yaradılır. 2025-ci il avqustun 21-də Prezident İlham Əliyev 20 ailəyə mənzil açarlarını təqdim edib. Bu günə qədər Kəlbəcərə ümumilikdə 81 ailə  köçürülüb və proses uğurla davam edir. Eyni zamanda Kəlbəcərdə infrastruktur sürətlə yenilənir, 82 km-lik Toğanalı–Kəlbəcər–İstisu yolunun 87%-i hazırdır, Murovdağ tuneli isə dünyanın ən uzun tunellərindən sayılır. Rayonun enerji sistemi gücləndirilir, bir neçə su elektrik stansiyası bərpa olunub və yeniləri inşa edilib. Dövlətimiz Kəlbəcərin sürətli inkişafı üçün əzmlə çalışır.

Prezident İlham Əliyevin sərəncamı ilə 25 noyabr Kəlbəcər Şəhəri Günü elan edilib və bu tarixi xalqımız sevinc və qürur hissi ilə qeyd edir. Kəlbəcər səmasında ucalan bayrağımız isə qəhrəmanlığımızın, iradəmizin, varlığımızın, qətiyyətli sözümüzün və bütövlüyümüzün rəmzi kimi qürurla dalğalanır. Gözəl yurdumuzun işğaldan azad olunması həm də onu göstərdi ki, bizim hərb meydanında gücümüz, danışıqlarda sözümüz keçir və liderimizlə yalnız qüdrətli deyil, həm də böyükük. Amma Kəlbəcər işğal olunanda xaosun fonunda çox kiçik görünürdük…

Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü, 
Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Noyabr 2025 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see548

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see472

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see432

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see298

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see297

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see296

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see289

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see283

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see277

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see270

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see262

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see249

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see240

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see232

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see223

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see220

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see218

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see211

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see195

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri