Kəlbəcər şəhəri tarixi qayıdış və böyük dirçəliş FOTOLAR
Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
23 noyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən “Ağstafa şəhər Təhsil İşçiləri”, “Qaz İstismar idarəsi” və “Dəmiryolu İşçiləri” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə 25 noyabr “Kəlbəcər şəhəri günü”nə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Ağstafa şəhər 1 №-li tam orta ümumtəhsil məktəbin direktoru Ramiz Nəsirov qeyd edib ki, Azərbaycan xalqının çoxəsrlik tarixində elə günlər var ki, onlar yalnız təqvimdə bir tarix deyil, həm də milli yaddaşın, qəhrəmanlığın, mübarizənin və qürurun rəmzinə çevrilir. Kəlbəcər şəhəri günü də məhz belə əlamətdar günlərdən biridir. Bu gün doğma torpağa bağlılığın, illərlə davam edən həsrətin sona çatmasının, xalqımızın sarsılmaz iradəsinin və tarixi ədalətin bərpasının təcəssümüdür. Kəlbəcər Azərbaycan xalqının yaddaşında özünəməxsus yeri olan, təbii gözəllikləri, zəngin tarixi və milli-mənəvi dəyərləri ilə seçilən qədim yurd yerlərimizdəndir.
Tədbirdə çıxış edən digər natiqlər – “Ağstafa şəhər Təhsil İşçiləri” Ərazi Partiya Təşkilatının sədr müavini Sahilə Xəlilova, Ağstafa şəhər 1 №-li tam orta ümumtəhsil məktəbin müəllimləri Arif Muradov, Rəqsanə Nəsibova və YAP Ağstafa rayon təşkilatının əməkdaşı Tağı İmamverdiyev bildiriblər ki, Kəlbəcərin azad olunması yalnız ərazi bütövlüyümüzün bərpası baxımından deyil, həm də milli qürurumuzun və tarixi ədalətin təntənəsi kimi böyük əhəmiyyət daşıyır. Bu torpağın hər qarışı uğrunda canından keçən şəhidlərimizin xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq. Vətən uğrunda döyüşən qəhrəman hərbçilərimizin fədakarlığı sayəsində bu gün Azərbaycan bayrağı doğma Kəlbəcərdə dalğalanır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 23 Noyabr 2026 18:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















