Icma.az
close
up
RU
Menu

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

Gündə 50 qramdan artıq yemək zərərlidir

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

AZAL təyyarəsi ilə bağlı bütün məsələlər tamamilə həll olunub Rəhman Mustafayev

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb

Kəlbəcər: Tarixi Qayıdış və Yeni Dirçəliş Dövrü

Kəlbəcər: Tarixi Qayıdış və Yeni Dirçəliş Dövrü

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kəlbəcər Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri, minilliklərin yaddaşını daşıyan müqəddəs torpaqdır. “Kəlbəcər” toponimi qədim türk dilində “çay üstündə qala” mənasını verir və bu torpağın qədimlik yükünü, strateji əhəmiyyətini özündə əks etdirir. Tərtər çayı boyunca uzanan süni mağaralar, 30 min ildən çox yaşı olan maddi-mədəniyyət izləri, 6 min illik qaya təsvirləri, qədim türk əlifbası nümunələri bu yurdun türk sivilizasiyasının beşiklərindən biri olduğunu təsdiqləyir. Buradakı daş abidələr atəşpərəstliyin, xristianlığın və VII əsrdən etibarən İslamın izlərini günümüzə daşıyır.

Azərbaycanın ən yüksək dağ rayonlarından biri olan Kəlbəcərin zirvələri — Camışdağ (3724 m) və Dəlidağ (3616 m) — onun sərt, qürurlu və məğrur təbiətinin simvoludur. Ərazisinin böyük hissəsinin meşələrlə örtülü olması, sərhədlərinin ölkəmizin bir çox rayonları ilə kəsişməsi bu bölgənin strateji-coğrafi əhəmiyyətini daha da artırır.

1930-cu ildən inzibati rayon statusu alan Kəlbəcər işğala qədər 53 min nəfər əhalisi, 145 kəndi, onlarla təhsil, səhiyyə, mədəniyyət müəssisəsi olan böyük bir yurd idi. Lakin 1993-cü il 2 apreldə Ermənistanın hərbi təcavüzü nəticəsində bu torpaq işğal edildi. 511 dinc sakin qətlə yetirildi, yüzlərlə insan əsir götürüldü və itkin düşdü, rayonun milyardlarla manatlıq sərvəti talandı, tarix-mədəniyyət abidələri, məktəblər, xəstəxanalar, muzeylər, yüzlərlə inzibati və yaşayış binası barbarcasına dağıdıldı. BMT Təhlükəsizlik Şurasının 822 saylı Qətnaməsi işğalçı qüvvələrin dərhal çıxarılmasını tələb etsə də, Ermənistan nə bu tələbi yerinə yetirdi, nə də beynəlxalq qurumlar onu buna məcbur etdi. Üstəlik, 1999-cu ildən başlayaraq Kəlbəcərin ərazisində qeyri-qanuni məskunlaşdırma həyata keçirildi — bu, beynəlxalq hüquqa zidd addımların növbəti nümunəsi idi.

Vətən müharibəsi bu ədalətsizliyin sonunu gətirdi. Müharibənin ilk günlərində Kəlbəcərin şimal hissəsində strateji yüksəkliklərin azad edilməsi düşmənin hərəkətlərini iflic etdi, Ermənistan ordusunun Basarkeçər–Kəlbəcər yolundan istifadə imkanları məhdudlaşdırıldı. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dəqiq hərbi-siyasi planlama Azərbaycanın böyük Qələbəsinə yol açdı. 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatı ilə Kəlbəcər 25 noyabr tarixində Azərbaycana qaytarıldı. Lakin geri çəkilən ermənilərin yandırıb-yaxdıqları evlər, dağıtdıqları bağlar, məhv etdikləri ekologiya bir daha erməni vandalizmini dünya ictimaiyyətinə göstərdi.

Qəhrəman Azərbaycan əsgərinin igidliyinə verilən qiymətin göstəricisi olaraq “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi və 9455 hərbi qulluqçu bu medala layiq görüldü. 25 noyabrın Kəlbəcər şəhəri günü elan edilməsi isə zəfərimizin əbədiləşdirilməsi oldu.

Bu gün Kəlbəcər sürətlə dirçəlir. 2040-cı ilədək inkişafı nəzərdə tutulan Baş Plan yeni Kəlbəcərin konturlarını müəyyən edir: iki dəfə genişlənəcək şəhər ərazisi, müasir yol infrastrukturu, velosiped yolları, geniş yaşıllıq zolaqları, yaşayış massivləri, məktəblər, bağçalar, xəstəxanalar, muzeylər, mehmanxanalar, idman meydançaları — bütün bunlar Kəlbəcəri regionun ən müasir şəhərlərindən birinə çevirəcək. Artıq 524 ailəlik böyük yaşayış kompleksinin birinci mərhələsi istifadəyə verilib və həyat bu torpaqlara qayıdır. Yanşaq, Zallar və Zar kəndlərinin yenidən qurulması, yüzlərlə fərdi evin, məktəblərin, bağçaların tikilməsi planlı şəkildə həyata keçirilir.

Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolu və dünyanın ən uzun tunellərindən biri olan 11,7 km-lik Murovdağ tuneli bölgəyə nəfəs verən nəhəng layihələrdir. Eyni zamanda Kəlbəcərin enerji potensialından istifadə məqsədilə bir-birinin ardınca su elektrik stansiyaları inşa olunur — “Kəlbəcər-1”, “Çıraq-1”, “Çıraq-2”, “Soyuqbulaq”, “Aşağı Vəng”, “Nadirxanlı”, “Çaykənd” və digər enerji obyektləri bu bölgəni ölkənin mühüm enerji mərkəzlərindən birinə çevirir.

Kəlbəcərin dünya şöhrətli “İstisu”sunu yenidən canlandıran İstisu Müalicə-İstirahət Kompleksi və “İstisu” mineral su zavodu regionun turizm və sənaye inkişafına güclü təkan verir. Zavodun illik istehsal gücünün 100 milyon butulkanı aşması bu torpağın potensialının real göstəricisidir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2021–2025-ci illərdə Kəlbəcərə çoxsaylı səfərləri bu əziz yurdun dirçəlişinə verilən yüksək diqqətin göstəricisidir. Hər bir səfər yeni layihələrin təməli, açılışı, kəndlərin, tunellərin, yolların, yaşayış massivlərinin inşası, müasir enerji və sosial infrastrukturların yaradılması ilə yadda qalmışdır. Bu səfərlər həm də dövlətimizin iradəsinin, qətiyyətinin və Qarabağ–Şərqi Zəngəzur bölgəsinin inkişafına olan sonsuz bağlılığının təcəssümüdür.

Bu gün Qarabağa böyük qayıdış Azərbaycanın gücünün, iradəsinin və tarixi ədalətin bərpasının təntənəsidir. Qədim yurdumuzun hər daşında, hər nəfəsində yenilənən həyat gələcəyimizə olan inamı daha da möhkəmləndirir. Kəlbəcərin dirçəldilməsi Qarabağ–Şərqi Zəngəzur bölgəsinin inkişafının ayrılmaz hissəsi olaraq, dövlətimizin qətiyyətinin və xalqımızın birlik ruhunun parlaq ifadəsidir.

Fatma Xıdırlı

Beyləqan RİH başçısı aparatının İctimai, siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://unikal.az
archiveBu xəbər 24 Noyabr 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see279

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see274

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see271

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see254

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see253

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see250

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see247

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see243

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see239

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see233

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see225

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see220

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see207

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see206

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see202

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see199

AZAL təyyarəsi ilə bağlı bütün məsələlər tamamilə həll olunub Rəhman Mustafayev

09 Sentyabr 2026 20:28see197

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see183

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see171

Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb

09 Sentyabr 2026 21:40see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri