Icma.az
close
up
RU
“Kəlbəcərdə məskunlaşma geopolitik baxımdan da müsbət haldır” Politoloq

“Kəlbəcərdə məskunlaşma geopolitik baxımdan da müsbət haldır” Politoloq

Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verildiyi kimi, 20 Avqust Kəlbəcər şəhərinə ilk köç karvanı yola salınıb. Bəs Kəlbəcər şəhərinin yenidən qurulması və sakinlərin geri dönüşü Azərbaycanın dövlətçilik möhkəmlənməsinə və regionun geosiyasi roluna necə təsir göstərəcək?

Mövzu ilə bağlı Metbuat.az-a danışan politoloq Əli Mustafa açıqlamasında bildirib ki, Kəlbəcərin məskunlaşması və sakinlərin öz yurdlarına dönməsi xalqımızın sosial rifahı baxımından çox önəmlidir:

“30 il köçkünlükdən sonra insanların öz evlərinə və torpaqlarına qayıtması mühtəşəm bir haldır. Kəlbəcər strateji bir rayondur və Ermənistanla sərhəddə yerləşir. Coğrafi mövqeyi və hərbi-strateji əhəmiyyəti onu son dərəcə önəmli edir. Kəlbəcərdə insanların məskunlaşması ordunun oradakı hərbi hissələrinin mənəvi və psixoloji vəziyyətinə də müsbət təsir göstərir. Hərbçilərimiz bilirlər ki, artıq orada vətəndaşlar var, vətəndaşlar isə sərhədin qorunduğunu görür. Ermənilər də anlayır ki, Kəlbəcər artıq öz sakinləri ilə birlikdədir və ona hücum etmək, işğal etmək kimi niyyətlər uğursuzdur. Bu günlərdə bəyan edildiyi kimi, Ermənistan sərhəddə hərbi qüvvələrinin sayını azaldıb. Azərbaycan ordusunun güclü olması, xalqın öz tarixi torpaqlarına qayıtması və sərhəd bölgələrinin abadlaşması düşmənin təcavüzkar niyyətlərini zəiflədir və puç edir. Kəlbəcərdə məskunlaşma həm sosial, həm hərbi, həm də geopolitik baxımdan müsbət bir haldır. Sərhəd bölgəsində əhalinin məskunlaşması və mövqelərin güclənməsi Azərbaycanın Cənubi Qafqazdakı mövqeyini möhkəmləndirir və regiondakı sinsi imperialist niyyətləri çökdürür”.

Politoloq sonda qeyd edib ki, Kəlbəcərdə əhalinin məskunlaşması həm vətəndaşlar, həm ordu, həm də Azərbaycanın geopolitik mövqeyi üçün olduqca müsbət hadisədir”.

Ülkər Cəlilzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:52
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 26 Avqust 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri