Icma.az
close
up
RU
Kəlbəcərdə aparılan bərpa işləri Böyük Qayıdışın strateji mərhələsidir POLİTOLOQ ŞƏRH ETDİ

Kəlbəcərdə aparılan bərpa işləri Böyük Qayıdışın strateji mərhələsidir POLİTOLOQ ŞƏRH ETDİ

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Prezident İlham Əliyevin Kəlbəcərə səfəri və Böyük Qayıdış proqramı çərçivəsində bölgədə aparılan işlər Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ kimi qiymətləndirilməlidir. Bu prosesin mahiyyəti təkcə insanların öz ata-baba torpaqlarına dönməsi ilə bağlı deyil, eyni zamanda azad edilmiş ərazilərin ölkənin ümumi inkişaf strategiyasına inteqrasiyası, yeni iqtisadi və sosial modelin qurulması ilə əlaqədardır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

Onun sözlərinə görə, Kəlbəcər strateji baxımdan xüsusi əhəmiyyətə malik bölgələrdən biridir. Onun bərpası həm təhlükəsizlik, həm də iqtisadi potensial baxımından Azərbaycan üçün açar rolunu oynayır. Prezidentin bu bölgəyə mütəmadi səfərləri, yeni müəssisələrin, sosial obyektlərin və infrastruktur layihələrinin açılışında iştirakı dövlətin regionun gələcəyinə verdiyi önəmin bariz nümunəsidir: "Burada aparılan işlər yalnız yerli əhalinin rahat qayıdışını təmin etmir, həm də Kəlbəcəri ölkənin ümumi iqtisadi xəritəsində mühüm mərkəzə çevirir. Böyük Qayıdış proqramı Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında həyata keçirdiyi ən genişmiqyaslı dövlət siyasətlərindən biridir. Bu siyasət həm vətəndaşların sosial rifahının bərpasına, həm də regionda dayanıqlı inkişafın təmin edilməsinə yönəlib. Kəlbəcərdə yeni yolların, elektrik və su infrastrukturunun, məktəb və xəstəxanaların inşası, kənd təsərrüfatı və turizm potensialının inkişaf etdirilməsi Böyük Qayıdışın strateji hədəflərinin tərkib hissəsidir.

Ən əsası isə, bu proses təkcə Azərbaycan daxilində deyil, beynəlxalq müstəvidə də böyük əhəmiyyət daşıyır. Çünki Azərbaycan dünyaya nümayiş etdirir ki, müharibədən sonrakı bərpa və reinteqrasiya prosesini qısa müddətdə və səmərəli şəkildə həyata keçirmək mümkündür. Bu, ölkəmizin sülhə, sabitliyə və inkişaf modelinə sadiqliyini göstərir.

Beləliklə, Prezidentin Kəlbəcərə səfəri yalnız simvolik xarakter daşımır, eyni zamanda Böyük Qayıdış proqramının praktik icrasının və Azərbaycanın yeni inkişaf mərhələsinin göstəricisidir. Bu siyasət yaxın illərdə həm bölgənin, həm də bütövlükdə ölkənin sosial-iqtisadi xəritəsini köklü şəkildə dəyişəcək".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:47
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 Avqust 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri