Kəlbəcərdə yeni iş yerləri yaradılır Bəşir Hacıyev AÇIQLADI
Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Hazırda Kəlbəcər rayonunda həyata keçirilən özəl investisiya layihələrinin əsas məqsədlərindən biri yeni iş yerlərinin yaradılması və sakinlərimizin məşğulluğunun təmin edilməsidir.
Bizim.Media xəbər verir ki, bunu Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev Kəlbəcərdə keçirilən Əmək Yarmarkasında çıxışı zamanı deyib.
O bildirib ki, işğaldan azad edilmiş ərazilərin bərpası və burada dayanıqlı məskunlaşmanın təmin edilməsi dövlət siyasətinin əsas prioritetlərindəndir.
"Dövlət Məşğulluq Agentliyi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir, Kəlbəcərdə məşğulluğun təmin olunması prosesində daim fəal iştirak edir. Biz də bu istiqamətdə Agentliklə sıx əməkdaşlıq edir, qarşıya qoyulan məqsədlərin birgə səylərlə həyata keçirilməsinə çalışırıq. Əminəm ki, bugünkü Əmək Yarmarkası işaxtaranlarla işəgötürənlər arasında yeni əlaqələrin qurulmasına, yeni iş imkanlarının yaranmasına və Kəlbəcərdə dayanıqlı məşğulluğun daha da genişləndirilməsinə mühüm töhfə verəcək", - o qeyd edib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 08 Sentyabr 2026 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















