Icma.az
close
up
RU
Kəlbəcərdə yol infrastrukturu və yaşayış məntəqələrinin paralel tikintisi regionun davamlı inkişafını təmin edir ŞƏRH

Kəlbəcərdə yol infrastrukturu və yaşayış məntəqələrinin paralel tikintisi regionun davamlı inkişafını təmin edir ŞƏRH

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 21 avqust, AZƏRTAC

Azad edilmiş ərazilərin bərpası, əhalinin öz yurdlarına təhlükəsiz şəkildə qayıtması, Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanın və məşğulluğun təmin olunması istiqamətində işlər Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində uğurla davam etdirilir. Məhz bu işlərin nəticəsidir ki, bu gün Böyük Qayıdış prosesi ölkənin sosial-iqtisadi inkişafında qazanılan nailiyyətlərin ayrılmaz tərkib hissəsinə çevrilib.

AZƏRTAC xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri Təranə Salıfova bu barədə şərhində azad olunmuş ərazilərin ölkə və region iqtisadiyyatına reinteqrasiyası prosesinin qarşıda duran prioritetlərdən biri olduğunu söyləyib. O bildirib ki, azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin əsas istiqamətlərindən biri də müasir nəqliyyat-yol infrastrukturunun yaradılmasıdır. Çünki yol infrastrukturu sadəcə nəqliyyat vasitələrinin hərəkətini təmin etmir, o həm də iqtisadiyyatın canlanması, əhalinin gündəlik ehtiyaclarının ödənilməsi, bölgənin tranzit imkanlarının reallaşdırılması və ən əsası isə sosial rifahın yüksəldilməsi deməkdir.

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında strateji əhəmiyyət daşıyan infrastruktur layihələrindən biridir. 81,9 kilometr uzunluğa malik olan yol Göygöl rayonunun Toğanalı kəndindən başlanır, Kəlbəcər rayonu ərazisindən keçir və mürəkkəb dağlıq relyef şəraitində inşa edilir. Xüsusilə yolun 13-cü kilometrliyindən etibarən yüksəklik 1700 metrdən 3260 metrədək artır və burada Murovdağ silsiləsi yerləşir. Bu, çətin coğrafi şəraitdə inşa edilən nəhəng infrastruktur layihəsidir: “Sevindirici haldır ki, bu gün Prezident İlham Əliyev Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun 13,5-ci kilometrliyində inşa edilmiş Murovdağ tunelinin texniki açılışını edib. Qeyd etmək vacibdir ki, uzunluğu 11,7 kilometr olan bu tunel istifadəyə verildikdən sonra dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq”.

Təranə Salıfovanın sözlərinə görə, hazırda layihənin ümumi icra faizi 81-ə çatıb ki, bu da işlərin planlı şəkildə və yüksək sürətlə aparıldığını göstərir. Layihə üzrə işlər 2022-2025-ci illəri əhatə edən qrafik əsasında icra olunur. Yolun texniki göstəriciləri beynəlxalq standartlara tam cavab verir. Dövlətimiz bu layihələrə təkcə infrastruktur baxımından deyil, həm də keyfiyyət və dayanıqlılıq baxımından xüsusi önəm verir.

O qeyd edib ki, əhəmiyyətli məqamlardan biri də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın avqustun 21-də Kəlbəcər şəhərində dördüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak etmələridir. Nəzərə alsaq ki, azad olunmuş ərazilərdə Dövlət Proqramı çərçivəsində müasir yaşayış massivlərinin tikintisi paralel şəkildə davam etdirilir, bu baxımdan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun istifadəyə verilməsi daha böyük əhəmiyyət kəsb edir. Çünki yolun inşası bir tərəfdən həmin yaşayış məntəqələrinin məskunlaşmasını və sosial infrastrukturla təmin olunmasını sürətləndirəcək, digər tərəfdən isə Kəlbəcər və ətraf bölgələrin iqtisadi və sosial inkişafına təkan verəcək.

Nəticə etibarilə Dövlət Proqramında nəzərdə tutulan mühüm nəqliyyat layihələrindən biri kimi, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun istifadəyə verilməsi bölgə üçün mühüm strateji üstünlüklər yaradacaq. İlk növbədə, Kəlbəcər və ətraf rayonların digər iqtisadi zonalarla əlaqəsi daha da asanlaşacaq. Eyni zamanda, əhali üçün təhlükəsiz, rahat və sürətli gediş-gəliş təmin olunacaq. Bu yol bölgənin tranzit potensialını gücləndirməklə yanaşı, turizm imkanlarının inkişafına, biznes mühitinin canlanmasına və yeni yaşayış məntəqələrinin dayanıqlı inkişafına geniş şərait yaradacaq.

“Bütün bu faktlar bir daha sübut edir ki, Azərbaycan dövləti azad edilmiş ərazilərdə müasir infrastrukturun yaradılması istiqamətində ardıcıl və planlı siyasət həyata keçirir. Bu siyasətin davamı Prezidentin 2025-ci il 30 may tarixli Sərəncamına əsasən hazırlanan Böyük Qayıdış II Dövlət Proqramı çərçivəsində həyata keçirilərək azad olunmuş ərazilərə Böyük Qayıdışın davamlılığını təmin edəcək”, - deyə Təranə Salıfova bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Avqust 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri