Icma.az
close
up
RU
Kəlbəcərə qayıdış: Prezident İlham Əliyevin quruculuq hədəfləri

Kəlbəcərə qayıdış: Prezident İlham Əliyevin quruculuq hədəfləri

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kəlbəcər Azərbaycanın ən zəngin bölgələrindən biridir. Həm strateji mövqeyi, həm də təbii sərvətləri ilə ölkəmizin sosial-iqtisadi həyatında xüsusi yer tutur. Uzun illər işğal altında qalmış bu torpaq indi yeni bir dirçəliş dövrünü yaşayır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2025-ci il avqustun 21-də Kəlbəcərə səfəri də bu dirçəlişin dövlət səviyyəsində nə qədər əhatəli və planlı şəkildə həyata keçirildiyini göstərdi.

Əvvəlcə qeyd edək ki, Prezidentin Kəlbəcər rayonuna səfəri Böyük Qayıdış Proqramı çərçivəsində reallaşan növbəti addımlardan biri sayılmalıdır. Dövlət başçısı səfər çərçivəsində Kəlbəcərdə həyata keçirilən bərpa-quruculuq işləri ilə tanış oldu, bir sıra sosial, infrastruktur və iqtisadi layihələrin açılışında iştirak etdi, yeni yolların, körpülərin, elektrik və su təchizatı sistemlərinin istifadəyə verilməsi, həmçinin kəndlərin bərpası istiqamətində görülən işlər barədə məlumatlandırıldı. İlham Əliyev Kəlbəcərin zəngin təbiəti, strateji mövqeyi və böyük iqtisadi potensialının reallaşdırılması üçün dövlət tərəfindən bütün zəruri addımların atıldığını vurğuladı: “Siz artıq birinci yaşayış kompleksində evlərlə təmin olunursunuz, amma inşaat işləri bununla bitmir. Bu gün təməlini qoyduğum növbəti yaşayış komplekslərində yaxın gələcəkdə sizin qohumlarınız, dostlarınız gəlib yerləşəcək. Birinci mərhələdə “Böyük Qayıdış” Proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq. Təbii ki, lazım olan bütün digər infrastruktur layihələri də icra edilibdir. İşıq, su, təbii qaz çəkilib, yollar salınıb, minalardan təmizləmə işi aparılıb. İndi Kəlbəcər şəhərində gözəl məktəb tikilir və gələn il istifadəyə veriləcək. Ancaq builki dərs ilini kəlbəcərli uşaqlar modul tipli məktəbdə oxuyacaqlar”.

Əlbəttə ki, azad edilmiş torpaqlarda həyatın yenidən canlandırılması, keçmiş məcburi köçkünlərin təhlükəsiz və layiqli şəkildə öz yurdlarına qayıtmaları dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Prezident Kəlbəcərin yaxın gələcəkdə Azərbaycanın turizm, kənd təsərrüfatı və enerji mərkəzlərindən birinə çevriləcəyini xüsusi qeyd etdi. Bu, sadəcə tikinti-quruculuq deyil, əslində Böyük Qayıdış proqramının reallığa çevrilməsi, doğma yurdlarından didərgin düşmüş insanların yeni həyatına verilmiş vəsiqədir. Prezidentin səfəri zamanı verdiyi mesajlar bir daha göstərdi ki, Azərbaycanın azad edilmiş hər qarış torpağına həyat geri dönəcək. Bu torpaqlara qayıdan hər bir insan təkcə evinə deyil, həm də gələcəyinə qayıdır. Kəlbəcərin turizm, kənd təsərrüfatı və enerji mərkəzinə çevrilməsi artıq uzaq perspektiv deyil, reallaşmaqda olan bir həqiqətdir.
Bütünlükdə İlham Əliyevin Kəlbəcərə səfəri Böyük Qayıdışın strateji mərhələsidir. Digər səfərlərində olduğu kimi, məhz bu səfərində də Azərbaycan Prezidenti təkcə bir rayonun gündəminə deyil, bütövlükdə ölkənin gələcək inkişaf xəritəsinə dair mühüm mesajlar verdi. İlham Əliyevin səfər zamanı verdiyi mesajlar bir daha təsdiqlədi ki, Kəlbəcərin gələcəyi yalnız bərpa ilə məhdudlaşmır. Bu bölgə turizm, kənd təsərrüfatı, alternativ enerji kimi sahələrdə Azərbaycanın aparıcı mərkəzlərindən birinə çevriləcək. Başqa sözlə, Kəlbəcər təkcə öz sakinlərinin deyil, bütün ölkənin inkişafında aparıcı rola malik olacaq.

Prezidentin Kəlbəcərə səfəri həm də siyasi məna daşıyırdı. Həmin gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dövlətin varlığı, gücü və gələcəyə inamı bir daha nümayiş etdirildi. Ölkə başçısı çıxışında çox ciddi məqamlara vurğu saldı: “Biz o pisliyi, vəhşiliyi unutmayacağıq. Ancaq biz bundan sonra heç kimlə müharibə aparmaq fikrində deyilik. Əgər bizə qarşı hər hansı bir təhlükə çıxarsa, onda yenə də bizim “dəmir yumruğ”umuzu hər kəs görəcək. Bu gün bu gözəl binaların ətrafında bizim görüşümüz də çox böyük rəmzi məna daşıyır. Onlar buranı dağıdıblar, biz isə qurub-yaratmışıq...”
Bu, yaddaşın keşiyində ayıq-sayıq dayanmağın zəruriliyi ilə bərabər, həm region xalqları, həm də beynəlxalq ictimaiyyət üçün açıq mesaj idi: Azərbaycan öz torpaqlarında əbədi sahibdir, qurub yaratmaq fitrətinə sadiqdirlər. Torpaqlarını da yenidən gözəlliklər diyarına çevirmək, əzəli güc və nüfuzunu bərpa etmək üçün işğaldan azad edib. Dünyaya əyan oldu ki, Azərbaycan öz ərazilərində əbədi olaraq var olacaqlar və bu varlıq həm quruculuqda, həm də xalqın rifahında özünü göstərəcək. Kəlbəcər kimi strateji bir bölgənin sürətlə dirçəlməsi bütün Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə açılan qapıdır.

Avqustun 21-də baş tutan səfər Kəlbəcərin dirçəliş salnaməsində yeni bir səhifə açmaqla yanaşı, Azərbaycanın ümumi inkişaf konsepsiyasına da güclü töhfə verdi.
Uzun illər həsrətdə qaldığımız Kəlbəcərə bu gün yeni nəfəs, yeni həyat qayıdır. Dağları, çayları, yaylaqları ilə təbiətin möcüzəsi olan bu torpaq illərlə susqun qaldı, işğalın ağrılarını yaşadı. Ancaq artıq o illər geridədir. Bu gün Kəlbəcərdə tikilən yollar, ucaldılan körpülər, qurulan elektrik və su şəbəkələri sadəcə infrastruktur deyil – xalqın iradəsinin, dövlətin gücünün simvoludur. Prezident İlham Əliyevin də bu diyara səfəri yalnız rəsmi bir tədbir deyil, həm də Böyük Qayıdışın rəmzi, xalqın iradəsinin və dövlətin qüdrətinin bariz ifadəsi idi.

Elnarə Akimova
Milli Məclisin deputatı,
YAP idarə Heyətinin üzvü,
filologiya elmləri doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 Avqust 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see336

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see320

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see314

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see285

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see280

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see271

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see259

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see256

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see247

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see245

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see239

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see238

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see234

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see224

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see207

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see200

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see194

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see179

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri