Icma.az
close
up
RU
Prezident İlham Əliyevin Kəlbəcərə səfəri: Tarixi çıxış, milli yaddaş və böyük qayıdışın yeni mərhələsi ŞƏRH

Prezident İlham Əliyevin Kəlbəcərə səfəri: Tarixi çıxış, milli yaddaş və böyük qayıdışın yeni mərhələsi ŞƏRH

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Prezident İlham Əliyev 2025-ci il avqustun 21-də Kəlbəcər şəhərinə səfər edib və sakinlərlə görüşdə tarixi əhəmiyyət daşıyan çıxış edib. Dövlət başçısı çıxışında həm keçmişin ağır faciələrinə, həm bu günün qürurlu reallıqlarına, həm də gələcəyin aydın perspektivlərinə diqqət çəkib. O, çıxışına “Əziz kəlbəcərlilər, Kəlbəcərə xoş gəlmisiniz!” sözləri ilə başlayaraq vurğulayıb ki, bu torpaqların işğaldan azad edilməsi ilə ədalət bərpa olunub və artıq dövlət xalq üçün burada gözəl şərait yaradıb. Prezident bildirib ki, Kəlbəcər şəhəri bu gün dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir və gələcəkdə həm təbiəti, həm də quruculuq işləri ilə Azərbaycan xalqının qürur məkanına dönəcək.

Çıxış zamanı Prezident Kəlbəcərin işğal tarixinə də toxunaraq qeyd edib ki, bu rayonun 1993-cü ilin aprelində düşmənə təhvil verilməsi Azərbaycan üçün böyük faciə idi. Bu faciə yalnız bir rayonun deyil, bütün ölkənin taleyinə ağır zərbə vurmuşdu. On minlərlə insan doğma evlərindən, kəndlərindən didərgin düşmüş, yüzlərlə tarixi abidə, sosial infrastruktur dağıdılmışdı. Dövlət başçısı bildirdi ki, həmin dövrdə hakimiyyətdə olan xəyanətkar rəhbərlik öz məsuliyyətsiz və satqın siyasəti ilə Azərbaycanı ağır nəticələrlə üz-üzə qoymuşdu və Kəlbəcərin işğalı məhz həmin xəyanətin acı nəticəsi olmuşdur.

Prezident beynəlxalq təşkilatların bu dövrdəki mövqeyini də sərt tənqid etdi. O, xatırlatdı ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr illərlə kağız üzərində qaldı. ATƏT-in Minsk qrupu həmsədrləri – Fransa, Rusiya və ABŞ isə faktiki olaraq işğalın həllinə yox, onun əbədiləşdirilməsinə çalışırdılar. Onların fəaliyyəti münaqişənin nizamlanmasına deyil, dondurulmasına xidmət edirdi. Azərbaycan xalqı isə 30 ilə yaxın dövrdə bu ədalətsizliyə qarşı səbir və iradə göstərdi, nəhayət, 2020-ci ildə əldə etdiyi şanlı Qələbə ilə öz torpaqlarını işğaldan azad edərək tarixi ədaləti bərpa etdi. İlham Əliyev vurğuladı ki, bu Qələbə təkcə hərbi gücün deyil, həm də xalqın birliyinin, dövlətin qətiyyətli siyasətinin və beynəlxalq hüquqa əsaslanan mübarizənin nəticəsidir.

Prezidentin Kəlbəcərə səfəri həm də bölgədə həyata keçirilən genişmiqyaslı yenidənqurma işlərinin təqdimatı baxımından mühüm əhəmiyyət kəsb edirdi. Dövlət başçısı qeyd etdi ki, qısa müddətdə burada yollar çəkilib, strateji tunellərin təməli qoyulub, yeni elektrik stansiyaları və yarımstansiyalar istifadəyə verilib. Kəlbəcərin zəngin təbii sərvətlərindən – xüsusilə də su ehtiyatlarından səmərəli istifadə üçün layihələr icra olunur. Əhalinin kənd təsərrüfatı ilə məşğul olması üçün şərait yaradılıb, arıçılıq və digər ənənəvi təsərrüfat sahələri bərpa edilir. Bununla yanaşı, turizm potensialı yüksək olan İstisu sanatoriyası və digər obyektlərin yenidən qurulması planlaşdırılır. Bu işlər Kəlbəcəri yalnız Azərbaycanın deyil, bütün regionun iqtisadi, turizm və mədəniyyət mərkəzlərindən birinə çevirəcək.

Prezident İlham Əliyev çıxışında həmçinin xatırlatdı ki, 2021-ci il avqustun 16-da onun Kəlbəcərə etdiyi ilk səfər bölgənin inkişafı üçün başlanğıc nöqtəsi olmuşdu. O zaman Ömər aşırımı ilə tanışlıq aparılmış, Toğanalı–Kəlbəcər avtomobil yolu üzərində 11,6 kilometr uzunluğunda Murovdağ tunelinin təməlqoyma mərasimi keçirilmişdi. “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasında yenidənqurma işlərinə start verilmiş, 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyası istifadəyə açılmışdı. Həmçinin Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa ediləcək tunelin təməli qoyulmuş, Dövlət Bayrağı Kəlbəcər şəhərində ucaldılmış, arıçılarla görüş keçirilmiş, “İstisu” sanatoriyası və İstisu–Minkənd avtomobil yolunun inşası ilə tanışlıq baş tutmuşdu. Bu layihələrin hər biri bölgənin gələcək inkişafına yönəlmiş strateji addımlar idi və 2025-ci ildəki səfər artıq həmin layihələrin real nəticələr verdiyini göstərdi.

Kəlbəcərin bugünkü reallığı Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutdu. Dövlət başçısı vurğuladı ki, artıq bu torpaqlarda həyat canlanır, insanlar öz yurdlarına qayıdır, şəhərlər və kəndlər müasir infrastrukturla bərpa olunur. Azərbaycan dövləti bu torpaqlara yeni həyat verir və burada hər bir vətəndaşın rahat yaşaması üçün bütün imkanları yaradır. Prezidentin sözlərinə görə, Kəlbəcər bu gün təkcə işğaldan azad olunmuş rayon deyil, həm də Azərbaycanın gücünün, qələbəsinin və quruculuq siyasətinin parlaq nümunəsidir.

İlham Əliyevin Kəlbəcərdəki çıxışı həm keçmişə, həm bu günə, həm də gələcəyə ünvanlanmış bir mesaj idi. O, xalqın yaddaşına bir daha saldı ki, işğal dövrünün faciələri heç vaxt unudulmamalıdır. Eyni zamanda, bu gün həyata keçirilən bərpa və quruculuq işləri Azərbaycanın iradəsinin nəticəsidir. Gələcəkdə isə Kəlbəcər və digər azad olunmuş torpaqlar dünya standartlarına uyğun inkişaf etdiriləcək, bu ərazilər xalqımızın rifahı və təhlükəsizliyi üçün ən müasir məkana çevriləcək. Prezidentin sözləri Azərbaycan xalqına həm qürur, həm də gələcək üçün böyük inam verdi.

Əli Hüseynov,
YAP Yasamal rayon təşkilatının fəalı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Avqust 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri