Icma.az
close
up
RU
KƏLBƏCƏRƏ QAYITDIQ, CƏNNƏTİ GÖRDÜK

KƏLBƏCƏRƏ QAYITDIQ, CƏNNƏTİ GÖRDÜK

Adelet.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan çox çətin və ağır günlər yaşayıb. Həmin ağır günlərdən də biri ərazilərimizin 20 faizdən çoxunun  erməni faşistləri tərəfindən işğal edilməsi olub.  Yəni ermənilər 1992-93-cü illərdə Azərbaycanın gözəl məkanlarından olan Kəlbəcəri, Şuşanı, Laçını, Ağdamı, Füzulini, Zəngilanı, Qubadlını və digər yaşayış məntəqələrimizi havadarlarının köməyi ilə ələ keçirtdilər. Təbii ki, Azərbaycan heç vaxt torpaqlarının işğal altında olması ilə razılaşa bilməzdi. Düzdür, bu işğal 30 ilə yaxın  davam elədi, amma Azərbaycan bütün qüvvəsi və gücü ilə 2020-ci il sentyabrın  27-də ayağa qalxdı, 44 günlük İkinci Qarabağ savaşında işğal altında olan torpaqlarını azad elədi. 

Təbii ki, 2020-ci ilin  noyabrın 10-da üçtərəfli bağlanmış müqaviləyə əsasən Ağdam, Laçın və Kəlbəcər müəyyən müddətdən sonra Azərbaycana təhvil verilməli idi. Və həmin müddət bitəndə işğal altında olan bu ərazilərimizi ermənilər tərk etdilər. Amma tərk edəndə də yenə erməniliklərini və iç üzlərini göstərdilər. Onlar yaşadıqları evləri, sosial obyektləri yandırıb çıxdılar. Lakin bununla da kifayətlənmədilər, meşələrimizə od vurdular və qədim mədəniyyət abidələrimizi dağıtdılar. Bütün bunlar bayaq dediyimiz kimi, bir daha erməni  faşistlərinin simasını göstərdi. 

Heç şübhəsiz, Azərbaycan prezidenti İlham Əliyev işğaldan azad olunmuş ərazilərimizin yenidən tikilməsi, inşa edilməsi və qurulması üçün çox böyük qüvvə  sərf etdi. Təbii ki, qalib dövlətin Ali Baş Komandanı, prezident İlham Əliyev  böyük quruculuq işlərini gerçəkləşdirmək üçün çox ağır bir yükün altına çiyin verdi. Torpaqlarımızı işğaldan azad etmək necə çətin idisə, yandırılmış,  daşı daş üstə qalmamış yaşayış məntəqələrini də yenidən tikmək, bərpa etmək bir o qədər çətin iş idi. 
Əlbəttə, bu çətinliyə baxmayaraq, öz daxili imkanları hesabına Azərbaycan çıxış yolu tapdı və işğaldan azad olunmuş rayonlarımızda böyük abadlıq və quruculuq işlərinə başlanıldı. Üstəlik də bütün yaşayış məntəqələrində ermənilər minalar basdırmışdılar və  onları da zərərsizləşdirmək elə də asan iş deyildi. Ona görə də həmin sahələr minalardan təmizləndikcə böyük quruculuq işlərinə start verildi. Füzulidə, Ağdamda, Qubadlıda, Zəngilanda, Laçında böyük tikinti işlərinə başlanıldı. Özü də heç bir xarici dövlətin və beynəlxalq təşkilatın gücü olmadan. Ağır müharibədən çıxmış ölkəmiz tək başına, qısa zaman kəsiyində adını çəkdiyimiz rayonlarda çox möhtəşəm işlər gördü. 

Bax, belə möhtəşəm işlərdən biri də Kəlbəcərdə gerçəkləşdi. Kəlbəcər bəlkə də dünyanın ən gözəl təbiəti olan məkanlarından biridir. Buranın buz bulaqları, yaşıl meşələri, güllü-çiçəkli ormanları və bir də «İsti su»yu  dünyanın heç harasında yoxdur. Dünyanın heç harasında olmayan bu gözəllikləri görmək, bu güllərdən, bu çiçəklərdən zövq almaq, ətrini duymaq yenidən kəlbəcərlilərə qismət oldu. Və Kəlbəcər şəhərində onlarla yeni binalar, sosial obyektlər, məktəb, uşaq bağçası, tibb məntəqəsi, digər tikililər inşa edildi. Rayon mərkəzində müasir standartlara cavab verən  asfalt yol çəkildi. İşıq, qaz, su xətti istismara verildi. Bu gün Kəlbəcərdə  yüzlərlə insan və ailə məskunlaşıb. Biz onların  bir neçəsi ilə  söhbət etdik və qonaqları olduq.

Qonağı olduğumuz mənzillərdən birinin sahibi Fikrət Əhmədovdur. Fikrət qardaşımız deyir ki, Kəlbəcərin bütün fəsilləri  gözəldir. Amma Kəlbəcərin yazı qədər gözəl yaz mən görməmişəm. Düzdür, o biri rayonlarımız da füsunkardır, qəşəngdir, əgər dağlara, ormanlara, çöllərə  baxsan görərsən ki, nə qədər və neçə cür çiçək var. Burda  bənövşənin, lalənin öz şirinliyi, öz əsrarəngizliyi var. Biz onlara  baxıb yenidən  rahat nəfəs alırıq. Çünki Kəlbəcərsiz keçirdiyimiz günlərdən bizə dərd-kədər, travma qalıb. Ən azından ona görə ki, biz burdan çıxanda güllənin, topun yağış kimi yağdığı  vaxtlar  çıxmışıq. Neçə əzizimizi itirdik və bir neçəsi də əsir düşdü. Heç onlardan da bir xəbər olmadı. Burdan gedəndə ağlaya-ağlaya getdik, amma Kəlbəcərə  qayıdanda yenə ağladıq, amma bu ağlamaq o ağlamaqdan deyildi – sevinc göz yaşları idi. İndi bizə üçotaqlı, hər cür şəraiti olan mənzil veriblər. Burda işə də düzəlmişəm, uşaqlarım da iş tapıb işləyirlər, əsas məsələ odur ki, 30 ildən sonra  öz dədə-baba yurduma, cənnət Kəlbəcərə  qayıtmışam. Bundan gözəl nə ola bilər?

Onun digər qonşusu  Məhərrəm Əliyevlə də söhbət edirik. Deyir ki, məcburi köçkünlük və qaçqınlıq vaxtı Kəlbəcəri yuxumda görürdüm. Yuxudan qalxanda uşaq kimi ağlayırdım. Evdə məni güclə kiridirdilər. Çünki  yuxuda görürdüm ki, evimiz yandırılıb, meşələrimizə od vurulub, şəhərin daşı daş üstə qalmayıb. Elə Kəlbəcər alınandan sonra da ermənilərin bu namərdliyini gördük. Amma ölkə prezidenti, Ali Baş Komandan, bizim üçün həmişə  güvənc və arxa yeri olan İlham Əliyev qısa zaman kəsiyində digər rayonlar kimi Kəlbəcərdə də evlər tikdirib, bizi ora köçürtdü. İnanın, ömrümdə heç vaxt belə sevinməmişəm. Çünki ağır günlər yenə mənim yadımdadır. Biz Kəlbəcəri tərk edəndə qardaşımı və atamı ermənilər əsir götürmüşdülər. Qardaşımı öldürdülər, sonra atamı əsir götürüləndən bir müddət sonra Qızıl Xaç Cəmiyyəti qeydə almışdı, ona görə də bir müddətdən sonra onu geri qaytardılar. Bütün bu ağrılarımız-acılarımız ürəyimizə çəkilmiş bir dağdır. Və bu dərd heç vaxt yadımızdan çıxmayacaq. Bizi sakitləşdirən yenidən Kəlbəcərə qayıtmağımız, yeni tikilmiş müasir evlərdə məskunlaşmağımız, evimizin işığının yanması, ocağımızın yenidən alovlanmasıdır. Yəni bizim ikinci bir xoşbəxt günümüz başlayıb. 

Bütün kəlbəcərlilər Vətənə, bu cənnət məkana qayıtdıqlarına görə Ulu Öndər Heydər Əliyevə minnətdarlıq edirlər. Onlar deyirlər ki, hələ 1994-cü ildə bizimlə görüşdə Heydər Əliyev deyirdi ki, vaxt gələcək hamınız öz yurdunuza qayıdacaqsınız. O vaxt gəldi, biz Ali Baş Komandan, Prezident İlham Əliyevin və Azərbaycan Ordusunun 44 günlük möhtəşəm zəfəri ilə öz yurdumuza geri döndük. Bax, bu kəlbəcərlilər üçün ən böyük sevinc və ən böyük mükafatdır!

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://adalet.az
archiveBu xəbər 03 Aprel 2026 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

Yeni danışıqlara başladılar

29 Sentyabr 2026 06:44see150

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Çənə və diş ağrısı İNFARKTIN GİZLİ ƏLAMƏTİ ola bilər

29 Sentyabr 2026 04:54see148

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

29 Sentyabr 2026 03:17see148

Çəngəl bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır

29 Sentyabr 2026 04:04see145

İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş

29 Sentyabr 2026 06:08see142

Totti 2006 cı il dünya çempionatının həyatındakı rolundan danışdı

29 Sentyabr 2026 05:19see142

Həbsdəki iş adamı Bakı Apellyasiya Məhkəməsinin sədrinə müraciət edib BU QANUNSUZLUQLAR ARAŞDIRILSIN!

29 Sentyabr 2026 10:26see140

Demnadan Milanda yeni Gucci kolleksiyası (FOTO)

29 Sentyabr 2026 08:15see139

Fərid Qayıbov: Bakı dünyanın idman paytaxtıdır

29 Sentyabr 2026 12:17see139

“Qarabağ”ın futbolçusu İrəvanda Şəkil

29 Sentyabr 2026 08:52see137

Jezuş Ronaldunun oyun vaxtı ilə bağlı razılaşmasını pozdu

29 Sentyabr 2026 07:34see137

“Qızıl top” uğrunda mübarizədə gözlənilməz dəyişiklik

29 Sentyabr 2026 08:23see136

Xərçəng və diabetdən belə qorunun...

29 Sentyabr 2026 01:56see136

Hacı Şahin Həsənlinin nəvəsi dünyaya gəldi

29 Sentyabr 2026 11:28see136

Böyüdüyümüzü ilk dəfə harada anlayırıq? KÖŞƏ

29 Sentyabr 2026 10:57see136

Aİ Slovakiyaya Ukraynaya verilən silahlara görə 105 milyon avro ödəyəcək

29 Sentyabr 2026 03:43see135

Azərkosmos 36 ölkəyə xidmət ixrac edib

29 Sentyabr 2026 11:59see135

“Ola bilər ki, kimlərsə məndən narazılıq edir” (MÜSAHİBƏ)

29 Sentyabr 2026 08:10see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri