Icma.az
close
up
RU
Kəlbəcərin işğaldan azad edilməsi tarixi hadisədir

Kəlbəcərin işğaldan azad edilməsi tarixi hadisədir

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli iradəsi, hərbi zəfəri siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Kəlbəcər rayonu qan tökülmədən və şəhid verilmədən Azərbaycana qaytarılmışdır. Məlum olduğu kimi, Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın Baş nazirinin 10 noyabr 2020-ci il tarixində imzaladıqları üçtərəfli Bəyanata əsasən, Ermənistan tərəfindən işğal olunmuş ərazilərin boşaldılması müəyyən edilmiş qrafik üzrə həyata keçirilirdi. Bəyanatın şərtlərinə uyğun olaraq, Kəlbəcər rayonu 15 noyabr tarixində Azərbaycana təhvil verilməsi nəzərdə tutulmuşdu. Lakin Ermənistan tərəfinin müraciəti və Rusiya Federasiyasının xahişi əsasında bu müddətə əlavə olaraq 10 günlük möhlət verilmişdir.
Noyabrın 25-də isə erməni silahlı birləşmələri və qeyri-qanuni məskunlaşdırılmış əhali Kəlbəcər rayonunu tam şəkildə və təhlükəsiz şəkildə tərk etmişdir. Qeyd etmək lazımdır ki, Kəlbəcərin azad edilməsi BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin Azərbaycan dövləti tərəfindən icrasının təmin olunması anlamına gəlir. Bu fakt Azərbaycanın atdığı addımların beynəlxalq hüquq normalarına və mövcud konvensiyalara tam uyğun olduğunu təsdiq edir.
Xatırladaq ki, 1993-cü ildə Kəlbəcər rayon sakinləri zorakılıqla öz doğma yurdlarından qovulmuş, əhali dağ yolları ilə, ayaqyalın və piyada şəkildə erməni təcavüzündən qaçaraq xilas olmağa çalışmışlar. Bu prosesdə yüzlərlə dinc sakin atəşə tutulmuş, kütləvi qırğınlara məruz qalmış, əsir və girov götürülənlər olmuşdur. İşğal dövründə sakinlərin şəxsi əmlakı tamamilə talan edilmiş, tarixi abidələr dağıdılmış, meşə fondu yandırılmış, təbii sərvətlər isə sistemli şəkildə istismar olunmuşdur.
Kəlbəcər rayonu zəngin təbii ehtiyatları ilə seçilir. Ərazidə qızıl, gümüş, mis, xrom, civə, tellur, selen və digər faydalı qazıntılarla yanaşı, sənaye əhəmiyyətli müxtəlif yataqlar mövcuddur. Söyüdlü, Ağduzdağ və Qızılbulaq qızıl yataqları, Şorbulaq və Ağyataq civə yataqları, Mehmana polimetal yatağı xüsusi əhəmiyyət daşıyır. Bundan əlavə, rayonun ərazisində böyük ehtiyatlara malik inşaat materialları, əlvan və üzlük daş yataqları da mövcuddur. Azərbaycanın ən iri çaylarından biri olan Tərtər çayının mənbəyi də Kəlbəcər ərazisindən başlayır. Tərtər çayının uzunluğu 200 kilometrdən çoxdur, Bazarçay və Xaçınçay isə təqribən 200 kilometrə yaxın uzunluğa malikdir.
44 günlük İkinci Vətən müharibəsində qazanılmış şanlı Qələbə nəticəsində imzalanan üçtərəfli Bəyanata uyğun olaraq, 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilmişdir. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi hərbi əməliyyat aparılmadan işğaldan azad edilmişdir.
Kəlbəcərin azad edilməsindən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonuna səfərlər etmişlər. Ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı ilə işğaldan azad edilmiş bütün ərazilərdə olduğu kimi, Kəlbəcər rayonunda da genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Bu tədbirlər nəticəsində Kəlbəcərin tarixi şöhrəti bərpa ediləcək, rayonun sosial-iqtisadi potensialı tam şəkildə yenidən canlandırılacaqdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli Qərarı ilə “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq edilmişdir. Şəhərin işğala qədərki son Baş Planında ərazisi 130 ha, əhalisinin sayı isə 7500 nəfər təşkil etdiyi halda, 2040-cı ilədək inkişaf konsepsiyasına uyğun olaraq bu rəqəmlər iki dəfədən çox artacaq. Şəhərin mərkəzi ortamərtəbəli çoxmənzilli və inzibati binalardan ibarət olacaq. Ətrafda isə fərdi yaşayış evlərinin tikintisi aparılacaq. Şəhərin ümumi yaşayış fondu 488 min m² təşkil edəcək ki, bunun da böyük hissəsi fərdi yaşayış evlərinin, 46 min m²-i isə ortamərtəbəli yaşayış binalarının payına düşəcək. Ümumən 2040-cı ilədək əhalinin 4250 mənzillə təmin olunması nəzərdə tutulub. Şəhərdə həmçinin 4 məktəb, 4 uşaq bağçası, 2 xəstəxana, 1 reabilitasiya mərkəzi, İşğal və Zəfər muzeyləri, mehmanxanalar, müxtəlif ictimai-iaşə obyektləri və idman meydançalarının tikintisi planlaşdırılır. Plana əsasən, şəhər ərazisinin 22%-i yaşıllıqlardan ibarət olacaq, yəni 60 ha sahədə fərqli yaş və sosial qruplar üçün yaşıllıq zolaqları yaradılacaq. Baş Plana uyğun olaraq, şəhərin yol infrastrukturu da müasir standartlar tətbiq edilməklə qurulacaq. Əhali uzunluğu 27 km-dən artıq olan avtomobil, 22 km olan velosiped yollarından rahat şəkildə istifadə edə biləcək.
Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:241
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Noyabr 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see675

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see371

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see225

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see204

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see181

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see179

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see177

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see177

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see176

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see174

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see171

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see171

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see170

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see169

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see168

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see165

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see164

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see160

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see156

Tramp administrasiyası 250 mindən çox vizanı ləğv etdi

01 Oktyabr 2026 20:59see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri