Icma.az
close
up
RU
Kəlbəcərin işğalı Azərbaycan tarixi üçün təkcə hərbi fəlakət deyildi

Kəlbəcərin işğalı Azərbaycan tarixi üçün təkcə hərbi fəlakət deyildi

Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


1990-cı illərin əvvəlləri Azərbaycan üçün son dərəcə ağır və sarsıdıcı bir dövr idi. Ermənistanın genişmiqyaslı hücumları nəticəsində Qarabağ bölgəsində baş verən hərbi əməliyyatlar tədricən Dağlıq Qarabağ ətrafı rayonlara da keçdi. Bunlardan ən faciəvi və ən strateji əhəmiyyətli hadisə isə 1993-cü il 2 aprel tarixində Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı oldu. Bu işğal təkcə hərbi məğlubiyyət deyil, həm də on minlərlə günahsız insanın həyatını alt-üst edən humanitar fəlakət idi.
Kəlbəcər rayonunun diqqət çəkən özəlliyi ondan ibarət idi ki, o, Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil deyildi. Buna baxmayaraq, Ermənistan bu rayonu ələ keçirməklə həm hərbi, həm də siyasi mövqelərini genişləndirməyi qarşısına məqsəd qoymuşdu. 1993-cü ilin mart ayından etibarən rayon dörd istiqamətdən intensiv hücumlara məruz qaldı. Ermənistan ordusu ağır texnika, artilleriya və rus hərbi kontingentinin dəstəyi ilə hücum edərək Azərbaycan müdafiə xəttini yarmağa nail oldu.
Rayonun müdafiəsini əsasən 701-ci briqada və yerli özünümüdafiə dəstələri aparırdı. Lakin silah-sursat çatışmazlığı, çətin relyef, mühasirə təhlükəsi və komandir çatışmazlığı müdafiəni son dərəcə zəif etmişdi. Martın son günlərində Kəlbəcərin əsas yol bağlantıları düşmənin əlinə keçdi, nəticədə minlərlə mülki şəxs ağır hava şəraitində dağlara-Murovdağ istiqamətinə doğru qaçmağa məcbur oldu. Yüzlərlə insan soyuqdan, acından və vertolyotların vurulması nəticəsində həlak oldu.
İşğalın miqyası həm humanitar, həm də mədəni baxımdan dərin yaralar açdı. 511 dinc sakin qətlə yetirildi, 321 nəfər əsir və ya itkin düşdü, 53 mindən çox insan isə öz yurd-yuvasından didərgin salındı. Kəlbəcərdə 130 yaşayış məntəqəsi, yüzlərlə məktəb, mədəniyyət ocaqları, kitabxanalar, xəstəxanalar tamamilə dağıdıldı. Təbii ehtiyatlar-o cümlədən qızıl yataqları-qeyri-qanuni olaraq talan edildi. Rayonun iqtisadiyyatı və infrastrukturu nəzarətsiz şəkildə viran qoyuldu.
İşğal beynəlxalq aləmdə də ciddi rezonans doğurdu. BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi Ermənistan qoşunlarının Kəlbəcərdən dərhal çıxmasını tələb etsə də, bu çağırış uzun illər yerinə yetirilmədi. Yalnız 2020-ci ildə Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi Zəfər nəticəsində Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu və 25 noyabr 2020-ci ildə Kəlbəcər rayonu Azərbaycana geri qaytarıldı. Beləliklə, 27 illik nisgil sona çatdı.
Kəlbəcərin işğalı Azərbaycan tarixi üçün təkcə hərbi bir fəlakət deyil, həmçinin milli yaddaşın silinməz ağrısıdır. Amma bütün ağrıların sonunda torpaqlarımızın yenidən qaytarılması göstərdi ki, haqq hər zaman öz sahibinə qayıdır. Bu gün Kəlbəcər azaddır-bu azadlıq uğrunda can verənlər isə xalqımızın yaddaşında əbədi yaşayacaq.
Rəvanə Kərimova, Nəsimi rayon gənci
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 19 Noyabr 2025 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see393

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see380

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see377

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see372

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see371

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see351

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see350

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see334

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see331

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see330

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see313

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see311

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see306

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see295

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see282

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see265

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see228

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see217

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri