Icma.az
close
up
RU
Kələm turşusunun İNANILMAZ faydaları

Kələm turşusunun İNANILMAZ faydaları

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kələm turşusu payızın soyuğunda süfrələrin sevilən təamı olmaqla yanaşı, sağlamlıq üçün də faydalı xüsusiyyətlərə malikdir. Bağırsaqların fəaliyyətini yaxşılaşdıran, immun sistemini dəstəkləyən bu qida düzgün və ölçülü qəbul edildikdə orqanizmə bir sıra müsbət təsirlər göstərir.

“Yeni Sabah” kələm turşusunun sağlamlıq üçün faydalarını təqdim edir.

Kələm turşusu fermentasiya yolu ilə, yəni kələmin təbii şəkildə mayalanması nəticəsində hazırlanır. Bu proses zamanı faydalı bakteriyalar yaranır. Həmin bakteriyalar bağırsaqlardakı mikrofloranın tarazlığını qorumağa və həzm sisteminin normal fəaliyyətinə kömək edir. Bakıda online alış-veriş

Bağırsaqların sağlamlığı isə immun sisteminin fəaliyyəti ilə də sıx bağlıdır. Buna görə də təbii üsulla hazırlanmış kələm turşusunun müntəzəm, lakin ölçülü şəkildə qəbulu orqanizmin müdafiə mexanizmlərini dəstəkləyir.

Bu qidanın digər üstünlüyü C vitamini və antioksidantlarla zəngin olmasıdır. C vitamini immun sisteminin normal fəaliyyəti üçün vacibdir. Antioksidantlar isə hüceyrələri zərərli təsirlərdən qorumağa kömək edir. Kələmin tərkibindəki bəzi təbii birləşmələr, xüsusilə qlükozinolatlar və onların parçalanması nəticəsində yaranan maddələr də elmi araşdırmalarda xərçəng riskinə mümkün təsirləri baxımından öyrənilir. 

Kələm turşusu xüsusilə qəbizlikdən əziyyət çəkənlər üçün faydalı qidadır.. Tərkibindəki liflər bağırsaqların fəaliyyətini dəstəkləyir, həzmi asanlaşdırır və nəcisin yumşalmasına kömək edir. Bu isə qəbizlik zamanı yaranan narahatlığı azaldır.  Bundan başqa, kələm turşusunda K vitamini və B qrupu vitaminləri, həmçinin dəmir, kalsium və maqnezium kimi minerallar da mövcuddur. K vitamini qan laxtalanması və sümük sağlamlığı üçün vacibdir. Tərkibindəki C vitamini isə kollagenin yaranmasında iştirak edərək dərinin sağlamlığını dəstəkləyir. Aşağı kalorili olması kələm turşusunu çəkisinə nəzarət edənlər üçün də münasib qidaya çevirir. Lifli tərkibi toxluq hissinin daha uzun müddət davam etməsinə kömək edir. Onu salatlarda, əsas yeməklərin yanında, sendviç və digər yeməklərin tərkibində istifadə etmək mümkündür.

Kələm turşusunun bəzi məqamlarına isə xüsusi diqqət yetirmək lazımdır. İlk növbədə, bu məhsulun tərkibində duzun miqdarı yüksək olur. Buna görə də yüksək təzyiqdən əziyyət çəkənlər və duz qəbulunu məhdudlaşdırmalı olanlar ehtiyatlı davranmalıdırlar.

Həmçinin, həddindən artıq kələm turşusu yemək bəzi insanlarda qaz, şişkinlik və mədə narahatlığı yarada bilər. Təbii fermentasiya olunmuş, keyfiyyətli məhsullara üstünlük vermək, gündəlik qidalanmada isə miqdarı aşmamaq tövsiyə olunur.

Əsmətxanım Rzazadə 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 16 Noyabr 2026 09:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see304

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see295

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see292

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see288

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see287

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see284

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see274

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see272

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see266

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see265

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see245

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see239

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see238

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see236

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see235

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see232

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see226

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see225

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see223

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see221
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri