Icma.az
close
up
RU
“Kelloq danışıqlardan kənarlaşdırılılb” Tramp niyə xüsusi nümayəndəsini Ciddəyə göndərməyib?

“Kelloq danışıqlardan kənarlaşdırılılb” Tramp niyə xüsusi nümayəndəsini Ciddəyə göndərməyib?

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

 ABŞ Prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi elçi təyin etdiyi Keyt Kelloq sülh danışıqlarından kənarlaşdırılıb.

“AzPolitika” xəbər verir ki, bu barədə “Politico” nəşri bir neçə mənbəyə istinadla məlumat yayıb.

Mənbələrin dediyinə görə, Kelloqun Səudiyyə Ərəbistanındakı ABŞ - Ukrayna danışıqlarında iştirak etməməsi, “onun nə dərəcədə kənarlaşdırıldığını göstərir”. Nəşr qeyd edir ki, digərləri, o cümlədən ABŞ Dövlət katibi Marko Rubio, Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və Yaxın Şərq üzrə xüsusi nümayəndə Stiv Vitkoff danışıqlarda mərkəzi yer tutduqca Kelloq prosesdən kənarlaşdırılıb: “Kelloqun rolu çox şübhəlidir. Üstəlik Vitkoff, müharibəni bitirən qəhrəman rolunu oynamağa çalışır. Kelloq isə danışıqlarda kimin nə etdiyinə dair qarışıqlıq yaradır".

Eyni zamanda, Ağ Ev Kelloqun vəzifədən çıxarılmasını təsdiqləməyib. Ağ Evin milli təhlükəsizlik sözçüsü Ceyms Hevitt deyib ki, Kelloq "xüsusilə ABŞ-nin avropalı müttəfiqləri ilə danışıqlar baxımından komandanın dəyərli bir hissəsi olaraq qalır".

Bundan əlavə, “Politico” qeyd edir ki, Tramp administrasiyasında Ukrayna Prezidenti Volodimir Zelenski ilə ən yaxşı münasibətə malik olan Kelloqdur. Mənbə Kelloqun danışıqlar prosesindən kənarlaşdırılmasının “Vaşinqtondakı daxili mübarizənin nəticəsi” olduğunu qeyd edib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna ilə ABŞ arasında danışıqlarda Amerika nümayəndə heyətinə Rubio, Uolts və Vitkoff, Ukrayna tərəfinə isə Prezident Aparatının rəhbəri Andrey Yermak, Xarici İşlər naziri Andrey Sibiqa və Müdafiə naziri Rustem Umerov daxil olub.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 12 Mart 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see502

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see401

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see391

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see268

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see266

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see261

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see256

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see252

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see238

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see234

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see226

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see223

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see212

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see203

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see195

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see191

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see186

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see179

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri