Kəmalə Məmmədzadə: Yeni Milli Standartlaşdırma Proqramı” formalaşdırılır
Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanda “2026-2028-ci illər üzrə Milli Standartlaşdırma Proqramı”nın formalaşdırılması və təsdiq edilməsi istiqamətində işlər aparılır.
Bunu "Report"a müsahibəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) baş direktor müavini, direktor əvəzi Kəmalə Məmmədzadə bildirib.
"Dövlət standartlarının hazırlanması milli standartlaşdırma qurumunun formalaşdırdığı, təsdiq etdiyi və nəşr etdiyi üçillik milli standartlaşdırma proqramı əsasında həyata keçirilir. Hazırda AZSTAND yuxarıda qeyd edilən prioritetləri nəzərə almaqla yeni "Milli Standartlaşdırma Proqramı”nın formalaşdırılması və təsdiq edilməsi istiqamətində işlər aparır. Eyni zamanda, “2024-2026-cı illər üzrə Milli Standartlaşdırma Çərçivəsi”nə əsasən, milli standartlaşdırma sisteminin təkmilləşdirilməsi, maraqlı tərəflərin standartlaşdırma fəaliyyətinə cəlb edilməsi və Azərbaycanın beynəlxalq qurumlarda təmsilçiliyinin genişləndirilməsi nəzərdə tutulub", - deyə o qeyd edib.
K.Məmmədzadə ilə tam müsahibəni buradan oxuya bilərsiniz.
Baxış sayı:141
Bu xəbər 12 Fevral 2025 12:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















