Kəmaləddin Heydərov İranın daxili işlər naziri İilə görüşüb
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Azərbaycanda səfərdə olan İran İslam Respublikasının daxili işlər naziri İsgəndər Momeninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir K.Heydərov Azərbaycan ilə İran arasında münasibətlərin inkişafı kontekstində fövqəladə hallarla mübarizə sahəsində uyğun qurumlar arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
Kəmaləddin Heydərov FHN-in fəaliyyəti barədə qonağa ətraflı məlumat verib, iki qurum arasında qarşılıqlı məlumat və təcrübə mübadiləsi, müxtəlif fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması üzrə operativ koordinasiya və digər istiqamətlərdə əməkdaşlığın qarşılıqlı faydasından danışıb, bu səfərin və aparılan müzakirələrin əlaqələrin inkişafına təkan verəcəyinə əminliyini bildirib.
İsgəndər Momeni müxtəlif vaxtlarda İranda baş vermiş irimiqyaslı fövqəladə hadisələr zamanı Azərbaycanın göstərdiyi humanitar yardımların yüksək qiymətləndirildiyini vurğulayıb. Qonaq iki qurum arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlığın inkişaf perspektivlərindən danışıb, bu səfərin əlaqələrin inkişafı baxımından əhəmiyyətini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 12 Oktyabr 2026 18:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















