Icma.az
close
up
RU
Kəmaləddin Heydərovdan yeni təyinatlar

Kəmaləddin Heydərovdan yeni təyinatlar

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin rəisi Asiman Hüseynov vəzifəsindən azad edilib. Qaynarinfo-nun məlumatına görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müvafiq əmri ilə Asiman Hüseynov sözügedən vəzifəsindən azad olunaraq, başqa bir idarəyə təyinat alıb.

Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin rəisi vəzifəsinə Bəxtiyar Tağıyev gətirilib.

Qeyd edək ki, Bəxtiyar Tağıyev bundan əvvəl Bakı şəhər Regional Tikinti Müfəttişliyinin rəisi olub. 

Xatırladaq ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovdur. 

seeBaxış sayı:87
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri