Icma.az
close
up
RU
Gələcəyin həkimlərinin imtahanlarında 75% zəif nəticə: Tələbələri öyrətmək üçün material yoxdur

Gələcəyin həkimlərinin imtahanlarında 75% zəif nəticə: Tələbələri öyrətmək üçün material yoxdur

Icma.az, Oxu.az saytına istinadən bildirir.

2024-cü ilin imtahan statistikasında əvvəlki illərin məzunlarının nəticələrinin aşağı olması diqqət çəkib.

Oxu.Az xəbər verir ki, "Abituriyent 12" jurnalında dərc olunan rəsmi hesabatda əvvəlki illərin məzunlarının əksəriyyətinin imtahandan məqbul bal toplaya bilmədikləri qeyd olunur.

İmtahanlarda iştirak üçün qeydiyyatdan keçən namizədlərin 36.09%-i rezidenturaya qəbul olub. Bu kateqoriyaya aid olan abituriyentlərin 75%-dən çoxunun 40 baldan aşağı nəticə göstərdiyi qeyd olunub ki, bu da onların müvafiq keçid balını toplaya bilmədikləri faktını ortaya qoyur.

Əvvəlki illərin məzunlarının imtahan nəticələrinin niyə bu qədər aşağı olması sualına cavab tapmağa çalışdıq.

Dövlət İmtahan Mərkəzindən (DİM) Oxu.Az-ın sorğusuna cavab olaraq, əsas səbəb kimi namizədlərin hazırlıq səviyyəsinin aşağı olduğu göstərilib.

Qeyd olunub ki, rezidenturaya qəbul qaydalarına əsasən, baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının (I mərhələ) nəticəsi "məqbul" və ya "qeyri-məqbul"la qiymətləndirilir, "məqbul" alanlar 5 (beş) il ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar.

"Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) namizədlərə 100 test tapşırığı təqdim olunur, hər bir test tapşırığına düzgün cavab 1 (bir) balla qiymətləndirilir, səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir. Bu imtahanda toplanılması mümkün 100 baldan 40 və ya daha artıq bal toplayan namizədlərin nəticəsi "məqbul"la qiymətləndirilir.

Onlar yaradılmış bu əlverişli şəraitdən istifadə edərək baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında hələ tələbə olarkən iştirak edirlər və daha hazırlıqlı tələbələr "məqbul" nəticə əldə edirlər (40 və ya daha artıq bal toplayırlar).

Buna görə də rezidenturaya qəbulun I mərhələsində iştirak edənlərin əksəriyyətini ayrı-ayrı illərdə "məqbul" nəticə əldə edə bilməyən namizədlər təşkil edirlər.

Aparılan elmi-statistik təhlillər göstərir ki, bu imtahanda nəticələrin aşağı olmasının əsas səbəbi namizədlərin əksəriyyətinin ötən illərdə "məqbul" nəticə əldə edərək növbəti mərhələdə (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında) iştirak hüququ qazanmaları və beləliklə, imtahanda iştirak edən namizədlər arasında "məqbul" nəticə əldə edə bilməyən namizədlərin xüsusi çəkisinin artmasıdır.

Nəticələrin aşağı olmasında əsas səbəblərdən biri də imtahan iştirakçıları arasında daha çox əvvəlki illərdə rezidenturaya qəbul ola bilməyənlərin üstünlük təşkil etməsidir", - deyə məlumatda bildirilir.

Məsələyə münasibət bildirən professor Adil Qeybulla isə Oxu.Az-a açıqlamasında rezidentura imtahanlarının faydasız olduğunu və tibb sahəsi üçün heç bir məna daşımadığını vurğulayıb.

O qeyd edib ki, əslində, rezidentura imtahanları qardaş Türkiyədə vardı. Bu imtahanlar bir müddət Türkiyədə həkim çatışmazlığı vaxtı ortaya çıxmışdı və hamıya tətbiq olunurdu.

"Hesab edirəm ki, ABŞ, Almaniya, İngiltərə və s. kimi ölkələrdə belə imtahan yoxdursa, demək ki, buna bir lüzum yoxdur. Çünki əslində, rezidentura imtahanlarından əvvəl tələbələr ayrı-ayrı fənlər üzrə nəzəri tibdən, sonra klinik tibdən imtahan verirlər, ondan sonra isə rezidentura sisteminə başlamalıdırlar.

Bu, öyrətmə sistemidir. Burada imtahan vermək tələbələri pərən-pərən salır. Ona görə tələbələrin bir qismi çıxıb başqa ölkələrə gedir, mütəxəssis olur.

Təsəvvür edin ki, Kembric, Oksford kimi tibb məktəblərinə imtahan yoxdur. Sadəcə, təhsil, tədris prosesi kifayət qədər çətindir. Bizdə isə imtahan verib Tibb Universitetinə qəbul olanların, demək olar ki, hamısı diplom alır. Əsl problem də elə budur", - deyə A.Qeybulla qeyd edib.

Tibb elmləri doktoru onu da vurğulayıb ki, bu gün bütün gücü tədrisə sərf etmək lazımdır.

"Bu cür mənasız imtahanlar özünü doğrultmayıb. Sertifikasiya imtahanı 20 ilə yaxındır, keçirilir, bizim təbabət onunla nə qədər inkişaf edib? Hesab edirəm ki, rezidentura imtahan sistemi yox, rezidentura sisteminin özü dəyişməlidir. Təsəvvür edin ki, rezidenturaya uşaqlar daxil olurlar, amma onları öyrətmək üçün material yoxdur, xəstə yoxdur, sığorta yoxdur. Təsəvvür edin ki, Tibb Universitetinin iki klinikası sığorta ilə işləyə bilmir. Bu halda rezidentura sistemi necə çalışa bilər? Ona görə deyirəm ki, biz nəticəyə istinad etməliyik. Əgər bu nəticə gəlib Azərbaycan tibbini beynəlxalq səviyyəyə çatdırmırsa, deməli, problem var. Bu problemi həll etməliyik. Bu mənasız imtahanları ləğv etməli, əslində, öyrətmə sisteminin özünü təkmilləşdirməliyik", - deyə A.Qeybulla bildirib.

Əzizə İsmayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 İyun 2025 09:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri