Babək rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Naxçıvan, 5 iyun, AZƏRTAC
İyunun 4-də saat 20:00 radələrində Babək rayon Şəkərabad kənd sakini, 1978-ci il təvəllüdlü Leyla Qoçəliyevanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, araşdırmalarla Babək rayon Şəkərabad kənd sakini, 2001-ci il təvəllüdlü Nihad Qoçəliyevin Leyla Qoçəliyevanı kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Nihad Qoçəliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Babək Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 05 İyun 2025 09:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















