Kembric 2026 cı ilin sözünü seçdi: İnsan
Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Süni intellektin sürətlə inkişaf etdiyi və insanla maşın arasındakı sərhədlərin müzakirə olunduğu bir dövrdə Kembric lüğəti 2026-cı ilin sözünü seçib.
Qaynarinfo xəbər verir ki, lüğətin builki seçimi “human” (insan) sözü olub.
Kembric lüğətində bu söz tanrılardan, heyvanlardan və maşınlardan fərqli olaraq insanlara xas olan keyfiyyət, qüsur və emosiyalara sahib olmaq kimi izah edilir.
Lüğətin redaktorları bildiriblər ki, 2026-cı il insan olmağın mahiyyəti ətrafında aparılan qlobal müzakirələrlə yadda qalıb. Süni intellekt texnologiyalarının inkişafı insan və maşın arasındakı fərqləri getdikcə daha çox gündəmə gətirib. Bu səbəbdən insan əməyini və yaradıcılığını süni intellektin imkanlarından fərqləndirmək cəhdləri də artıb.
Bu tendensiyanın nümunələrindən biri kimi “insan istehsalı” (human-made) ifadəsinin daha geniş işlədilməsi göstərilir. Həmçinin deepfake texnologiyalarının yayılması fonunda insanların öz görüntülərini və səslərini hüquqi şəkildə qeydiyyata aldırmağa çalışması diqqətə çatdırılıb.
"Microsoft" şirkətinin həmtəsisçisi Bill Qeyts də Kembric lüğətinin seçiminə münasibət bildirib. O qeyd edib ki, süni intellektin uğuru insan həyatını nə dərəcədə yaxşılaşdırması ilə ölçülməlidir.
Lüğətin redaktorlarından "McIntosh" isə sözlərin zamanla insanların danışıq və yazı dilindəki dəyişiklikləri əks etdirdiyini, buna görə də onların istifadəsinin daim izlənilməsinin vacibliyini vurğulayıb.
Araşdırmaya əsasən, “human” sözünün istifadəsi 1900-cü ildən bəri dörd dəfə artıb. Əvvəllər eyni mənada daha çox “man” sözündən istifadə olunsa da, bu ifadənin həm qadınları, həm də kişiləri əhatə etməməsi səbəbindən istifadəsi azalıb.
Aydın
Baxış sayı:106
Bu xəbər 18 Noyabr 2026 12:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















