Icma.az
close
up
RU
Kənan Kərimov: “Supertransfer nəzərdə tutmamışıq, Nainqqolan söhbəti elə o vaxtı da bağlandı”

Kənan Kərimov: “Supertransfer nəzərdə tutmamışıq, Nainqqolan söhbəti elə o vaxtı da bağlandı”

Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Karvan”ın baş məşqçisi Kənan Kərimov Apasport.az saytına müsahibə verib.

- Görünür ki, "Karvan" artıq transfer çalışmalarına başlayıb. Transfer çalışmalarında vəziyyət nə yerdədir? İstədiyiniz oyunçuları komandaya dəvət edə bilirsiz?
- Bəli, transferlərə start vermişik. Yeni heyət formalaşdırırıq. Ötən mövsüm bizə kömək edən oyunçuları da komandada seleksiya məşqlərindən keçirəcəyik. Özünü yaxşı tərəfdən göstərənlər bizə kömək edəcəklər. Düzdür, transfer sarıdan hazırda çətinliklərimiz var. İstər azərbaycanlı, istərsə də legionerlər baxımından belədir. Azərbaycanlı futbolçular məsələsinə gəldikdə, istədiyimiz oyunçuların klubları ilə müqavilələri davam edir. 

- Komandada neçə legioner olacaq? Bununla bağlı hansısa sərhəd var ki, məsələn, maksimum 5 legioner olmalıdır? Yoxsa, elə bir şey yoxdur?
- Yeni komanda formalaşdırdığımızı dedim. Hazırda axtarışdayıq. Bəyəndiyimiz oyunçularla danışıqlar aparırıq. Hansı futbolçuların bizə kömək ola biləcəyini qətiləşdirsək, komandaya dəvət etməyə çalışacağıq.

- Komanda Yevlaxda qalacaq, kollektivdəkilər orada yaşayacaq. Bu mənada, yerli və ya legionerləri transfer məsələsində razı salmaq çətin olmurki? Bölgədə qalmalarına razı salmaq mənasında...
- Bayaq dediyim çətinliklər arasında bu da var. Bəzi futbolçular var ki, ailələrini Yevlaxa gətirmək istəyir. Sadəcə daha yaxşı şəraitli yerlər istədikləri üçün transferi alınmayanlar da var. Buna baxmayaraq, transfer çalışmalarımızı davam etdiririk. Yaxın 2-3 gündə problem olmasa, bir neçə əcnəbi və yerlilər var ki, onlarla müqavilə imzalanacaq.

- Adətən uzun illərdən sonra yüksək liqaya geri qayıdan klublar yaşlı olsa da, super transferlər edir. Maraqlıdır, Premyer Liqaya uzun illərdən sonra geri qayıdan klub olaraq, supertransferiniz, ulduz oyunçu transferiniz olacaq? 
- Xeyr, heç bir supertransfer nəzərdə tutmamışıq. 

- Bir ara Belçika millisinin, “İnter” və “Roma”nın sabiq üzvü Raca Nainqqolanın keçidi gündəmə gəlmişdi. Hazırda isə o, Belçika II Liqasında oynayır. Onunla heç danışığa yenidən keçməmisizki?
- Doğrudur, bəli, keçən il I Liqada olanda Nainqqolan məsələsi gündəmə gəlmişdi. O söhbət də belə olmuşdu ki, Nainqqolanın meneceri onun xidmətini bizə təklif etmişdi. Açığı, söhbət də getdi. Lakin elə orada da qaldı, Nainqqolan söhbəti bağlandı. 

- Bəs, "Karvan"ın ev oyunlarını Yevlaxda keçirəcəyi dəqiqləşdi? Deyəsən, stadionun ot örtüyü təbii yox, süni örtüklü olacaq, doğrudur?
- Bəli, elədir. Ot örtüyü ilə bağlı yenidənqurma işlərinə sürətli şəkildə start verilib. Çalışacağıq ki, ilk ev oyununu öz azarkeşlərimizin qarşısında oynayaq. İndiki stadionumuz süni örtüklü olacaq. Təbii örtüklü olsaydı, biz artıq bir ilimizi itirə bilərdik. 12-ci oyunçumuzun ev oyunlarında elə Yevlaxda bizə dəstək olmasını istəyirik. Bilirsiz ki, süni örtüklü meydança təbii örtüklü meydançadan daha tez əmələ gəlir. Ona görə də, süni örtüklü meydançada oynayacağıq.

Azərbaycan klubu Mərkəz Afrika Respublikası millisinin hücumçusu ilə danışıq aparır - ÖZƏL “Xankəndi” 8 futbolçu ilə yollarını ayırdı "Turan Tovuz"dan növbəti transfer - ÖZƏL “Qəbələ” yeni mövsümün hazırlıqlarına start verdi Rəşad Sadıqov: “Oyunçularımız gözlədiyimizdən yaxşı çıxış etdi”
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://apasport.az
archiveBu xəbər 01 İyul 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see272

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see208

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see192

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see182

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see157

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see150

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see149

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see148

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see147

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see144

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri