Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Kənardan pioner, öndən pensioner olan siyasətçilər

Kənardan pioner, öndən pensioner olan siyasətçilər

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


Kənardan pioner, öndən pensioner olan siyasətçilərin sərsəm təşəbbüsləri.
Təbii ki, bu ifadə sarkastik olsa da, bu gün ölkəmizdə bu “siyasətçiləri” hamı tanıyır. Uzun illərdir heç bir nəticə əldə etməyən, prinsipsizlik bəlasına düçar olanlar uzaqdan baxanda həqiqətən inqilabçı gənc ideyası təsiri bağışlasalar da, öndən baxanda bir o qədər də qorxaq, passiv görünüşləri ilə maraq kəsb edənlərdir. Guya gəncliyi, enerjililiyi, tükənməzliyi və prinsipiallığı ilə cəmiyyətdə özlərini siyasi fiqur kimi tanıtmağa çalışırlar, ancaq bu arxadan görünən görünüşləridir. Öndən baxanlar isə açıq hiss edirlər ki, bunlar təqaüdçü psixologiyasına girən təşəbbüskar “siyasətçilər”dir. Məqamçılar olan bu siyasətçilər özlərini lider kimi göstərsələr də, məsuliyyət anı gələn kimi dərhal geri çəkilirlər. Bütün seçkilərdə bunun şahidi olmuşuq. Don geyindirib məsuliyyətdən yayınmaq üçün deyiblər ki, guya ümumi maraqlar naminə prosesdə iştirak etmirlər. Zəif və iradəsiz məxluqlar növünə aid olanları qabağa verib siyasi rəqabətdən yayınmağa üstünlük veriblər.
Amma həqiqi liderlər dünya praktikasında heç zaman bu riyakar addımlarla önə çıxmayıblar. Yalançı hay-küy, mənasız hay-həşirlə özlərinə diqqət yönəldənlərin sonu konformizm və özünüreklamçılıqla bitir. Növbəti məqam yetişənə qədər isə siyasi sürünənlər sinfinə daxil olaraq əllərini göyə qaldırıb imdad diləyirlər. Və bu, dövri olaraq davam edir.
Dəyərli soydaşlar, müdrik xalqımız! İndi isə bəzi siyasətçilər köşə yazarı kimi çıxış etməyə başlayıblar. Gah Fransada, gah da Avropanın bizə və milli maraqlarımıza düşmən olan qəzetlərində şikayət dolu yazılar dərc etdirirlər. Son zamanlar isə Almaniya qəzetlərində guya Avropa siyasətçilərini “tənqid edən” cızma-qaraları ilə yenidən arxadan təbliğata başlayıblar.Əvvəla, Almaniyanın bəzi parlamentariləri və mediası guya demokratik mühitdən və insan hüquqlarından narahat olduqlarını dilə gətirirlər. Lakin biz unutmamışıq ki, torpaqlarımız işğal olunanda, məcburi köçkün və qaçqın düşən vətəndaşlarımızın hüquqları pozulanda həmin parlamentarilər və mətbuat orqanları susurdu. Niyə, bilirsinizmi? Çünki onlar artıq ədalət hissini itirmişdilər.Dünyanın bəzi ölkələri bu “xəstəlikdən” əziyyət çəkir ədalətsizlik xəstəliyi sağalmaz, daşıyıcı bir virusdur. Biz torpaqlarımızı azad edən kimi, bəzi ölkələrin rəsmiləri tərəfindən bizə qarşı tənqidlər vüsət aldı. Arxadan pioner olanlar isə bu amilləri güdərək pusquda durub dərhal şikayət məktublarına başladılar. Həmin məktublarda yer alan ikili standartları özlərinə ana xətt kimi görənlər də onların mətbuat orqanlarında geniş şəkildə dərc olunur.
Siz təsəvvür edin öz ölkəsinin hüdudsuz uğurlarından məyus olub şikayət edənlər hansı yolun yolçusudurlar? Cavab sadədir: yolsuzluğun və yönsüzlüyün yolçusu. Siyasətdə olanlar yəqin ki, izləyiblər: keçirdikləri tədbirdə Zəfər Günümüz, qazandığımız qələbə və ərsəyə gələn milli uğurlar haqqında danışarkən, dövlətçilik tariximizin bu şanlı səhifəsinə imza atan şəxsiyyətlərin adını çəkməyə belə cəsarət etmədilər. Çünki onlar ədalətli düşüncə, xarakter və qətiyyət sahibi deyillər. Bu isə bir siyasi kübarlıq deyil, əslində siyasi kobudluqdur.
Bu tip siyasətçilər diplomatik və siyasi tərbiyədən məhrum olan şəxslərdir. Halbuki bu gün dünyada tərbiyə çox önəm daşıyır o, insanın görünməyən əbası, libası, simasıdır. İnsanı böyüdən və ucaldan təkcə bilik deyil, həm də tərbiyədir. Nə biliyi, nə də dediyim kimi, siyasi tərbiyəsi, etikası, kübarlığı olmayanların qazandıqları yalnız demoqoqiya, siyasi barbarlıq və etinasızlıq olur.
Artıq bütün dünya dərk edir ki, kübar olmayan siyasətçi siyasi mədəniyyətdən kənarda qalır. Belələrinin məqsədi siyasi sistemə zərbə vurmaq, antisistem davranışlar nümayiş etdirmək, destruktiv düşüncə və davranışları inkişaf etdirməklə atomlaşmış bir siyasi mühit yaratmaqdır. Amma bu, mümkün deyil. Çünki biz sizin yaratmaq istədiyiniz sistemi elə formalaşdıracağıq ki, siz özünüz o sistemin içində “atomlaşmış paketə” çevriləcək və digərlərinə zərər vura bilməyəcəksiniz.
Ölkəmiz Zəfər bayramına, Qürur bayramına hazırlaşır. Bütün dünyanın diqqəti Azərbaycandadır, illərlə dondurulmuş bir münaqişəni həll edən Azərbaycanın Prezidentinin diplomatiyası və Ordusunun qüdrəti sayəsində regionda yeni reallıqlar, yeni düzən və nizam yaranıb. Bu, təkcə regionun deyil, dünyanın diplomatiyasında da önəmli yer tutur.
Bu möhtəşəm tədbirləri həyata keçirən, mütərəqqi siyasi sistem quran liderlər 8 Noyabr tədbirində bir daha müdrikliklərini nümayiş etdirəcəklər. Biz xalqımızın, millətimizin, dövlətimizin müqəddəs prinsipləri uğrunda əldə etdiyiniz bu uğurları daim qürurla xatırlayacağıq.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:202
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 07 Noyabr 2025 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see587

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see496

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see449

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see320

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see307

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see299

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see292

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see279

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see263

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see255

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see244

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see230

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see227

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see205

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see201

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see201

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see198

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see185

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see183

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri