Messi komandanı kənardan dəstəkləyəcək
Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.
Lionel Messinin Argentina yığmasına qarşıdakı oyunlarda kömək edə bilməyəcəyini xəbər vermişdik.
Ulduz futbolçu zədə səbəbindən bu ay milli formada görünməyəcək.
“İnter Mayami”nin 37 yaşlı hücumçusu MLS-in “Atlanta Yunayted” ilə son matçında sıradan çıxıb. Mayamililərin 2:1 hesablı qələbəsi ilə başa çatan oyunda Messi bir qol vurub.
Matçdan sonra tibbi müayinədən keçən dünya çempionunun zədə aldığı məlum olub. Lionel bu səbəbdən milli komandasının DÇ-2026-nın seçmə mərhələsində Uruqvay və Braziliya ilə keçirəcəyi oyunları üçün heyətə daxil edilməyib. Messi buna görə çox məyus olduğunu bildirib:
“Uruqvay və Braziliya ilə vacib oyunları buraxmalı olmağım məyusedicidi. Çox istəyirdim ki, oynayım, amma kiçik zədəyə görə milli komandaya qoşula bilməyəcəm. Hər bir argentinalı azarkeş kimi komandanı kənardan dəstəkləyəcəyəm. İrəli, Argentina!”
“İnter Mayami”nin futbolçunun durumu ilə bağlı yaydığı məlumatda belə deyilir: “Messi əzələsinin vəziyyətinin qiymətləndirilməsi üçün MRT müayinəsindən keçdi.
O, “Atlanta” ilə oyunda diskomfort hiss etmişdi. Müayinənin nəticələri onun əzələsində yüngül zədənin olduğunu təsdiqlədi. Onun qarşıdakı oyunlarda iştirak edib-etməyəcəyini hələ bilmirik”.
Baxış sayı:99
Bu xəbər 23 Mart 2025 18:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















