Icma.az
close
up
RU
“Kənd həyatının gələcəyini qorumaq üçün tədbirlər zəruridir” DEPUTAT

“Kənd həyatının gələcəyini qorumaq üçün tədbirlər zəruridir” DEPUTAT

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Ölkə əhalisinin təxminən 45%-i kənd yerlərində yaşayır. Bununla yanaşı, məşğul əhalinin təxminən 35%-i kənd təsərrüfatı sahəsində çalışır. Ümumi Daxili Məhsulun (ÜDM) təxminən 5-6%-i kənd təsərrüfatının payına düşür. Eyni zamanda, ərzaq təhlükəsizliyinin təmin olunmasında kənd təsərrüfatı ölkə üçün prioritet sahədir”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

“Bütün bunlar göstərir ki, kənd təsərrüfatı iqtisadiyyatın ən önəmli sahələrindən biridir.

Kənd həyatının gələcəyinə dair narahatlıqlara gəlincə, bu problem yalnız Azərbaycana aid deyil, ümumilikdə qlobal miqyasda kənd həyatının perspektivi ilə bağlıdır. Bu, əsasən daxili miqrasiya və kənd yerlərinin tədricən boşalması ilə əlaqədardır. Statistik məlumatlara görə, 1965-ci ildə dünya əhalisinin 64.5%-i kəndlərdə yaşayırdısa, 2024-cü ildə bu göstərici 42.3%-ə enib.

Kənd əhalisinin yaş tərkibinə baxdıqda isə gənclərin payının olduqca az olduğu müşahidə olunur. Bu göstəricilər göstərir ki, kənd həyatının gələcəyini düşünmək və tədbirlər görmək zəruridir”.

Deputat qeyd edib ki, bu vəziyyətin əsas səbəbləri arasında iqtisadi çətinliklər, təhsil və texnologiyaya çıxışın məhdudluğu, infrastruktur problemləri və iqlim dəyişikliyi kimi amillər göstərilə bilər.

Şəbnəm

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 29 Sentyabr 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri