Icma.az
close
up
RU
Kənd mühitində böyüyən uşaqlar daha sağlam, yaradıcı və əzmkar olur RƏY

Kənd mühitində böyüyən uşaqlar daha sağlam, yaradıcı və əzmkar olur RƏY

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ətraf-mühitin vəziyyəti ilə gənclərin psixi sağlamlığı arasında əlaqə müəyyənləşib.

Bakupost.az xəbər verir ki, bu barədə araşdırma "Nature Mental Health" (NMH) elmi jurnalında dərc olunub.

Araşdırma ABŞ-nin 21 şəhərindən 11800 uşaqdan toplanmış məlumatlar əsasında aparılıb.

Aparılan araşdırma, xarici mühitin yetkinlik yaşına çatmayanların idrak qabiliyyətlərinə və psixi sağlamlığına necə təsir etdiyini müəyyən etməyə imkan verib. Tədqiqat, daha işıqlı və yaşıllıq ərazidə yaşayan uşaqların daha yüksək təhsil və yaşayış səviyyəsinə malik olduqları müəyyən edilib.

Tədqiqatçıların fikrincə, nəticələr əlverişli ekoloji mühitin uşaqların əqli qabiliyyətlərinə və psixikasına müsbət təsir etdiyini deməyə əsas verib.


Təhsil eksperti Elçin Murad “Sherg.az”a bildirib ki,  bu məsələni analiz etsək, yəni bizim yaxın keçmişə nəzər salsaq açıq aşkar görə bilərik ki, kənd, rayon mühitində böyüyən uşaqlar daha sağlam, daha yaradıcı, daha əzmkar olur:


“Əvvəl təhsil daha keyfiyyətli və daha uğurlu olurdu. Yəni Bakı şəhərində bu qədər kütləvi məskunlaşmanın olmadığı vaxtlarda rayon yerində təbiətlə sıx yaşayan şagirdlər təhsilə daha çox önəm verə bilirdilər. Təəssüf ki, bu gün şagirdlər şəhər mühitində qapalı qutunun içərisindədirlət və boş vaxtlarında sadəcə sosial şəbəkələrdə zaman keçirirlər. Heç bir yaradıcılıq, ünsiyyət və s. yoxdur. Digər tərəfdən bugünkü gün sağlam mühit yoxdur. Bu da şagirdləri daha tənbəl olmağa vadar edir. Təmbəllik isə həm təhsilə, həm də onların fizioloji sağlamlığına mənfi təsir göstərir. Bunun da çarəsi Bakıdakı yükü azaldılması, rayon insanın öz doğma yurduna qayıtmağına və orada məskunlaşmasına şərait yaradılmasıdır. Yəni iş şəraiti yaxşılaşdırılmalıdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Noyabr 2024 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see293

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see282

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see279

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see274

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see274

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see269

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see260

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see259

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see253

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see252

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see234

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see229

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see228

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see228

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see225

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see222

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see217

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see216

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see213

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri