Icma.az
close
up
RU
Kənd Təsərrüfatı Nazirliyində startapçılarla görüş keçirildi FOTOLAR

Kənd Təsərrüfatı Nazirliyində startapçılarla görüş keçirildi FOTOLAR

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində startapçılarla görüş keçirilib.

"Unikal" xəbər verir ki, ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə həyata keçirilən layihənin əsas məqsədi kənd təsərrüfatında rəqəmsal və süni intellekt texnologiyalarının tətbiqini təşviq etmək, aqrar sahədə innovasiyalara marağı artırmaq, gənclərin nəzəri biliklərini praktik bacarıqlara çevirməsinə şərait yaratmaq, həmçinin aqrar startap ekosisteminin inkişafına dəstək göstərməkdir.

Görüşə ölkə üzrə süni intellektin tədris olunduğu 17 ali təhsil müəssisəsini təmsil edən 70 tələbədən ibarət 18 startap komanda qatılıb. Startapçılar kənd təsərrüfatında tətbiq edilə bilən innovativ texnoloji həllərə dair təqdimatlarla çıxış ediblər.

Startap komandaları tərəfindən təqdim olunan layihələr arasında bitkilərdə xəstəliklərin fotoşəkil əsasında müəyyənləşdirilməsinə kömək edən mobil tətbiq, suvarma sistemlərinin avtomatlaşdırılması, su hövzələrində və akvariumlarda toplanan balıq tullantılarından təbii gübrə istehsalı, heyvandarlıqda “Concox Qbit-4G” modulu əsasında yerli GPS izləmə sisteminin tətbiqi, sensor texnologiyalarına əsaslanan idarəetmə modelləri, biotexnoloji üsullarla yetişdirilən bitkilərin satışını vahid platforma üzərindən təşkil edən sistemlər, eləcə də aqrar fəaliyyətlərin ağıllı idarə edilməsini təmin edən proqram təminatları yer alıb.

Kənd Təsərrüfatı Nazirliyinin struktur bölmələrinin rəhbər və mütəxəssislərinin, tabeli qurumların nümayəndələrinin, eləcə də özəl sektor və innovasiya ekosistemi üzrə fəaliyyət göstərən 10-a yaxın Akselerasiya və İnkubasiya Mərkəzinin ekspertlərinin iştirakı ilə keçirilən tədbirdə layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb, ideyaların təkmilləşdirilməsi, bazar tələblərinə uyğunlaşdırılması və tətbiq imkanlarının genişləndirilməsi istiqamətində mütəxəssislər tərəfindən tövsiyələr verilib. 

Qeyd edək ki, layihə çərçivəsində seçilən startap komandaları cari ilin 14-16 oktyabr tarixində keçiriləcək “5-ci Yubiley Azərbaycan Beynəlxalq Qarabağın Bərpası, Yenidənqurulması və İnkişafı Sərgisi”ndə öz layihələrini sərgi ziyarətçilərinə təqdim edəcəklər.

   
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://unikal.az
archiveBu xəbər 07 Oktyabr 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri