Icma.az
close
up
RU
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri: Pambıq sahələrində məhsuldarlığın növbəti illərdə də yüksək olacağını proqnozlaşdırırıq

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri: Pambıq sahələrində məhsuldarlığın növbəti illərdə də yüksək olacağını proqnozlaşdırırıq

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 17 dekabr, Günel Türksoy, foto Orxan Kərimov, AZƏRTAC

Cari ildə ölkənin 16 rayonu üzrə təxminən 100,5 min hektar sahədə pambıq əkini həyata keçirilib. Bu günə qədər 356 min ton pambıq istehsal olunub. Orta məhsuldarlıq təxminən 35,5 sentner/ha təşkil edir. Bu da ötən illə müqayisədə təxminən 5 sentner/ha yüksəkdir.

Bunu AZƏRTAC-a məxsusi müsahibəsində Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Seymur Səfərli deyib.

Şöbə müdiri qeyd edib ki, əkin sahələrində aqrotexniki tədbirlər vaxtında aparılıb, dərmanlama proseslərinin düzgün monitorinqi təşkil olunub, zərərvericilərə qarşı vaxtında mübarizə tədbirləri görülüb: “Eyni zamanda, bu il hava şəraiti əlverişli keçib, yağıntılar az olub. Nəticədə pambığın vaxtında və itkisiz yığımı uğurla təşkil edilib. Buna görə də məhsuldarlıq və pambığın keyfiyyət göstəriciləri əvvəlki illərə nisbətən daha yüksəkdir".

"Növbəti illərdə də pambıq sahələrinin bərabər səviyyədə qalacağını proqnozlaşdırırıq. 2026-cı ildə də eyni addımların atılması hesabına məhsuldarlığın daha yüksək olacağını hesab edirik", - deyə S.Səfərli vurğulayıb.

Qeyd edək ki, Azərbaycanda 2024-cü ildə 102,8 min hektar pambıq sahəsindən 310,8 min ton məhsul əldə olunmuşdusa, bu il ölkə üzrə əkin aparılmış 100 min 468,1 hektar sahədən 356,8 min ton xam pambıq tədarük edilib.

Pambığın məhsuldarlığı 2024-cü ildə 30,3 sent/ha idisə, dekabrın 15-nə olan məlumata görə, bu il orta məhsuldarlıq 35,40 sentner/ha təşkil edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:63
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Dekabr 2025 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see274

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see231

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see220

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see187

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see178

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see175

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see165

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see155

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see155

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see153

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see142

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see141

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see138

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see136

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see135

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see134

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see128

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see127

Vuçiç: “Kuşnerin şirkətinin layihədə iştirakda” KONKRET

16 Dekabr 2025 18:09see124

Ukraynanın xəritəsi yenidən çəkilir: Kiyev üçün inanılmaz ssenari

16 Dekabr 2025 00:57see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri