Icma.az
close
up
RU
Kənd Təsərrüfatı Nazirliyinin sabiq şöbə rəisi özünü təqsirli bilmədi

Kənd Təsərrüfatı Nazirliyinin sabiq şöbə rəisi özünü təqsirli bilmədi

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kənd Təsərrüfatı Nazirliyinin “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin Abşeron Regional İdarəsinin rəisi vəzifəsində işləmiş Arzu Əliyevin Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsi ilə hazırlıq iclası keçirilib.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə  məlum oldu ki, zərərçəkən Kənd Təsərrufati Nazirliyinin nümayəndəsi iştirak etmir. 

Sonra təqsirləndirilən şəxsin vəkilləri müvəkkilləri barədə  həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət verdilər. Dövlət ittihamçısı hazırkı mərhələdə qətimkan tədbirinin dəyişdirilməsinə etiraz etdi. Vəkil Şaiq Mirzəyev verdiyi vəsatəti belə əsaslandırıb: "Verilmiş ittiham özü saxtadır, qondarmadır. Bu araşdırma başlayanda Arzu Əliyev daim çağırışlara gəlib. Daimi yaşayış yeri var, ailə başçısıdır, cəmiyyətdə tanınmış bir şəxsdir. Ürək-damar sistemindən əziyyət çəkir, sağlamlığı yerində deyil".
Digər vəkil Elxan Azadəliyev çıxış edərək bildirdi ki, Arzu Əliyev ibtidai istintaq dövründə heç bir zərərçəkən və yaxud şəhidlərə təsir göstərməyib. Prosessual məcəllənin müvafiq bəndləri ilə onun hazırkı mərhələdə həbsdə qalmasına heç bir lüzum yoxdur. Onun həbsdə qalması qanunvericiliyin tələblərinə uyğun gəlmir. Onun hər hansı ağır cinayət törətməsi ehtimalı qalmaya-qalmaya Arzu Əliyevi həbsdə saxlayırlar".
Təqsirləndirilən şəxs Arzu Əliyev vəkilləri ilə razı olduğunu və özünü təqsirli bilmədiyini söylədi. 
Hakimlər müşavirədən qayıtdıqdan sonra hazırlıq iclası və həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı qərarı elan etdilər. Qərara əsasən cinayət işinin ilkin baxış iclası 28 dekabr tarixinə təyin edildi, həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanıldı. 

İttiham aktına görə, Bakı şəhərinin Ramana qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin ayrı-ayrı şəxslər tərəfindən qanunsuz olaraq zəbt olunması və müvafiq tikinti işlərinin aparılmasına dair Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş məlumat əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılır. 

İstintaqla 2019-2020-ci illər ərzində Kənd Təsərrüfatı Nazirliyinin “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin Abşeron Regional İdarəsinin rəisi vəzifəsində işləmiş Əliyev Arzu Təvəkgül oğlunun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək həmin qurumun balansında olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qanunsuz olaraq çoxsaylı şəxslər tərəfindən zəbt olunmaqla tikinti işlərinin aparılmasına şərait yaradılması və himayədarlıq göstərilməsi müqabilində ona müraciət etmiş ayrı-ayrı şəxslərdən təkrarən külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı toplanmış sübutlar əsasında Arzu Əliyev Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Seymur Əli


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://unikal.az
archiveBu xəbər 23 Dekabr 2024 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see147

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see131

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see127

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri